​“Heç bir müsahibəm-zadım yoxdur” – Rafael Cəbrayılov

Baxış sayı: 
48
1  
0  

 
“Rafael Cəbrayılovla həmin söhbət sentyabrın 26-da olub və  danışığı yaymaq məqsədim olsaydı, elə həmin vaxt yayardım”.
Bu sözləri Yenisabah.az-a keçmiş millət vəkili Rafael Cəbrayılovun borc aldığı vətəndaşlardan biri olan Təranə Fətəliyeva deyib.
 
O, əlavə edib ki, Rafael Cəbrayılov mandatdan imtina etməmişdən əvvəl ona zəng vuraraq “borc qalmaqalı”na görə qardaşı Elşən Cəbrayılova qarşı hücuma keçməyi xahiş edib.
 
“Yayılan səs yazısı da dediklərimi təsdiqləyir. Orada Rafael Cəbrayılov məndən xahiş edir ki, pulu Elşən Cəbrayılovdan tələb edim, onunla bağlı mətbuata açıqlamalar verim və s. Lakin mən pulu Rafael Cəbrayılova vermişəm. Ona görə də borcu ondan tələb edirəm”, - deyə Təranə Fətəliyeva bildirib.
 
O səs yazısını Rafael Cəbrayılovun özü tərəfindən ictimailəşdirilə biləcəyini istisna etməyib: “Bu danışıq mənimlə onun arasında olub. Mən yaymamışamsa, deməli, o, yayıb. Digər tərəfdən bu səsyazısı Rafael Cəbrayılovun maraqlarına uyğundur. Çünki o, orada qardaşını ittiham edir, Elşən Cəbrayılovun ona faizə pul verdiyini deyir. Rafael Cəbrayılovun mənimlə telefon danışığını yayması qardaşına təzyiq məqsədi daşıya bilər. Görünür, qardaşı pulları qaytarmaq istəmir”.
 
Yenisabah.az-ın əməkdaşı Rafael Cəbrayılovla da əlaqə saxlayıb. Lakin keçmiş deputat heç bir açıqlama vermək istəmədiyini deyib. “Mənim heç bir müsahibəm-zadım yoxdur. Heç bir açıqlama vermirəm”, - deyə Rafael Cəbrayılov telefonu qapadıb.
 
Qeyd edək ki, Rafael Cəbrayılov bir neçə vətəndaşdan külli miqdarda borc pul alaraq qaytarmamaqla gündəmə gəlib. O, borcu qaytaracağına zəmanət kimi III və IV çağırış deputat vəsiqələrini girov qoyub. Keçmiç deputata borc verənlər məsələni ictimaişləşdiriblər. Bundan sonra Rafael Cəbrayılov mandatdan imtina edib.
 
Onu da qeyd edək ki, R. Cəbrayılovun bu gün səs yazısı yayılıb. Həmin danışığı yenidən təqdim edirik:
 

Загрузка...
Загрузка...