Əhəd Abıyev koronavirusa yoluxub? - Açıqlaması QALMAQAL YARATDI

Baxış sayı: 
179
3  
0  

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin koronavirus testindən keçməsi ilə bağlı açıqlaması sosial şəbəkələrdə gülüş doğurub.
 
Publika.az xəbər verir ki, Ə.Abıyevin bilməyərəkdən yanlış açıqlama verdiyi, yoxsa elə testin nəticəsini başa düşmədən olduğu kimi səsləndirdiyi haqda dəqiq məlumat yoxdur.
 
Belə ki, o, koronavirus testindən keçdiyini, nəticənin müsbət çıxdığını bildirib və bunu sevinərək ifadə edib:
 
“Şəxsən mən bir neçə gün öncə koronavirus testindən keçdim. Nəticə müsbət çıxdığı üçün toplantıya qatıldım. Hesab edirəm ki, hər bir vətəndaş kimi, icra başçıları da səhhətinin qeydinə qalmalı və bu bəladan yaxa qurtarmaq üçün mütəmadi olaraq müayinə olunmalı, karantin tələblərinə əməl etməlidirlər. Şəxsən mən hər 10 gündən bir koronavirus testindən keçirəm”.
 
Bildirək ki, test nəticələrinin müsbət çıxması o deməkdir ki, həmin şəxsdə koronavirus aşkar olunub. (Yenisabah)

Загрузка...
Загрузка...