Həbsxanadan qaçan şəxs insanlara silahla hücum etdi – VİDEO

Baxış sayı: 
72
2  
0  

 
 
Türkiyənin Balıkesir vilayətinin Erdemit rayonunda həbsxanadan qaçan şəxs insanlara silahla hücum edib.
 
“Demirören Haber Ajansı”nın (DHA) yaydığı məlumata görə, G.Y. yanacaqdoldurma məntəqəsində motosikletinə benzin almaq istəyib.
Lakin onun motosikletinin nömrəsi olmayıb.
 
Bu zaman işçilər ondan şəxsiyyətini təsdiq edən sənəd istəyiblər.
 
G.Y. onlarla mübahisə edib və tüfəng çıxararaq tətiyi çəkib. Bu zaman atəş açılmayıb və işçilər həmin şəxsin əlindən tüfəngi alıblar.
 
Bundan sonra G.Y. bıçaq çıxarıb, amma işçilər onu zərərsizləşdirə bilib.
 
Hadisə yerinə çağırılan hüquq-mühafizə orqanlarının əməkdaşları onu Polis İdarəsinə aparıblar.
 
Polisdə qeydiyyatda olan həmin şəxs yenidən həbsxanaya göndərilib.
 
Oxu.az
 

Загрузка...
Загрузка...