​Həbsxanada qiyam zamanı 5 nəfərin başı kəsildi

Baxış sayı: 
97
1  
0  

Paraqvayın San-Pedro həbsxanasında qiyam zamanı 10 nəfər həlak olub.
 
"ABC Color" nəşrinin yazdığına görə, Braziliyanın "Birinci paytaxt komandası" cinayət qruplaşmasının üzvləri qiyam qaldıraraq, qarşılarına çıxan hər kəsi öldürüblər.
 
Canilər 5 nəfərin başını kəsiblər, 4 nəfər yanıq xəsarəti alaraq ölüb, daha bir zərərçəkmiş isə xəstəxanada keçinib. Toqquşma zamanı həmçinin 10 nəfər yaralanıb.
 
Ölənlərin hamısı "Birinci paytaxt komandası" ilə düşmənçilik edən "Rotel" cinayətkar klanının üzvləri olub (Report).

Загрузка...
Загрузка...