“Həbsdən çıxır, özünü vəkil, hüquq müdafiəçisi kimi təqdim edir” - Siyavuş Novruzov

Baxış sayı: 
59
2  
0  
"Birini işdən qovan kimi təşkilat yaradır, olur hüquq müdafiəçisi... Sən əməlinlə insanların hüquqlarını pozursan, amma təşkilat yaradıb hüquq müdafiəçisi olursan”.
 
Deputat Siyavuş Novruzov bunu Milli Məclisdəki çıxışında söylədi. Dedi ki, hətta cinayətlərə görə cəzalandıranlar sonradan hüquq müdafiə təşkilatı yaradır: 
 
"Çoxları da məsuliyyətə cəlb olunub. Ondan sonra çıxıb özünü vəkil, hüquq müdafiəçisi kimi təqdim edir. Bununla biz vəkillik institutunun adını korlamış oluruq. Vəkil öz işi, fəaliyyəti ilə nümunə olmalıdır. Vəkil aradüzəldən fəaliyyətlə məşğul olmamalıdır. Həmçinin dünənə kimi insanların hüquqlarını pozan, insanlara işgəncə verən adamlar hüquq müdafiçisi olur. Belə adamları bu sahəyə yaxın buraxmaq olmaz”.
Загрузка...
Загрузка...