​Həbs qərarından sonra Arda Turandan ildırım sürəti ilə ÜZR MESAJI

Baxış sayı: 
64
1  
0  

Xəbər verdiyimiz kimi, bir neçə ay əvvəl müğənni Berkay Şahinin burnunu sındıran Arda Turan bu gün keçirilən məhkəmədə cinsi təcavüz cinayətindən bəraət alsa da, qanunsuz silah saxlamaq və qəsdən adam yaralamaq cinayətlərindən 2 il 8 ay 15 gün həbs cəzası alıb.
 
Məşhur futbolçu Berkay Şahinin "Üzr istəməlidir" sözündən sonra Berkay və xanımı istisna olmaqla, hər kəsdən üzr istəyib.
 
Müğənni Arda Turanın həbsi ilə bağlı bunları deyib:
 
“Bizim ondan heç bir maddi tələbimiz yoxdur. Ondan təzminat istəmədik. Üzr istəsin və məsələ bağlansın. Üzr istəyəndən sonra danışılmalı mövzu varsa, kişi kimi oturub danışarıq. Məndən üzr istəməsin, buna ehtiyac yoxdur, biz onunla oturub danışarıq, amma bizim istədiyimiz şəkildə üzr istəməlidir".
 
Berkayın ilk açıqlamasının ardından Arda instaqramda üzr mesajı paylaşıb.
 
Publika.az Arda Turanın açıqlamasını təqdim edir:
 
"Bütün ictimaiyyətə bəlli olan məhkəmə bu gün qərar çıxardı. Əvvəla baş verən hadisələrdə üstümə atılan çirkin "təcavüz" iftirasını təmizləmək niyyətilə yol verdiyim ani səhvlərdən dolayı ailəmdən, klubumdan, dostlarımdan və ən vacibi məndən bu günə qədər nümunə götürmüş bütün qardaşlarımdan təkrar üzr istəyirəm. Bunu ən səmimi hisslərimlə deyirəm. Bununla yanaşı, bu mərhələdə bəzi bəyanatlar verməyin də zəruriliyini duyuram.
 
İnsan övladının qarşılaşacağı ən çətin vəziyyətlərdən birinin, bir böhtan qarşısında, həm də belə ağır və çirkin bir iftira qarşısında haqlılığını müdafiə etməyə çalışmaq olduğunu öyrəndim. Adınıza və ailənizə böhtan ataraq alçaltmaqdan başqa bir şey düşünməyənlər qarşısında həqiqəti hayqırmağın bəzən yetərli və inandırıcı olmadığını yaşayaraq gördüm. Türk ədaləti bu gün də ilk gün söylədiyimi etdiyi mühakimə və verdiyi hökmlə bir daha təsdiq etdi. Danışılması belə məni narahat edən "təcavüz" cinayətini törətmədim. Törətmərəm də, mümkün deyil!
 
Bu gündən etibarən bütün ictimaiyyəti bu iddiaların ortaya atıldığı günlərdə söylənənləri, yazılan xəbərləri və məhkəməyə belə hörmət etməyərək onlara uzadılan hər mikrofonda hər dəfə bəyanat verənləri xatırlamağa dəvət edirəm. Hər kəsi bu hadisələri bir reklam vasitəsi olaraq istifadə edənlərin kim olduğunu düşünməyə dəvət edirəm. Allaha şükürlər olsun ki, türk ədaləti bu ağır ittihamların çirkin bir iftira olduğuna qərar verdi. O dövrdə mənə bu iftiranı atanları və buna ürəkdən sevinənləri, hətta dostundan şübhə edənləri öz vicdanları ilə təkbətək qoyuram".
 
Arda Turan daha sonra sözlərinə belə davam edib:
 
"Özlərinə qarşı istəyəcəkləri üzr ümidvaram ki, bundan sonrakı həyatları üçün şərəfli bir başlanğıcın ilk addımı olar. Bütün bu mənfi cəhətlərə baxmayaraq, demək istəyirəm ki, yenə də insanlara və ədalətə olan inamımı heç vaxt itirməmişdim. Bu hadisələrdən dərs götürdüyüm şübhəsizdir. Bundan sonra çox çalışıb, yanımda olan ailəmi, xanımımı, klubumu və dostlarımı qürurlandırmaq ən böyük məqsədim olacaq. Son olaraq demək istəyirəm ki, mənim üçün ən vacib olan etdiyim səhvlərdən aldığım cəzalar deyil, təcavüz ittihamından bəraət almağımdır. Başımı öz hüzurundan başqa heç kimə əydirməyən Allaha şükürlər olsun".

Загрузка...
Загрузка...