Həbib növbəti döyüşünə bu tarixdə çıxacaq

Baxış sayı: 
84
2  
0  

Qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə ən güclü idmançılardan olan rusiyalı Həbib Nurmaqomedov bu ilin sentyabrında döyüş planını təsdiqləyib.
 
Publika.az Axar.az-a istinadən xəbər verir ki, döyüşçü tələbələrlə görüşdə sentyabrın 7-də və dekabrın 28-də döyüşlər keçirəcəyini bildirib. Bundan əvvəl UFC prezidenti Deyna Uayt da H.Nurmaqomedovun növbəti döyüşünün sentyabra planlaşdırıldığını vurğulayıb.
 
H.Nurmaqomedov qeyd edib ki, müəyyən çətinliklər var və hələlik danışıqlar davam edir: “Mənə görə diskvalifikasiya edilən Zubayra (Tuxuqov) və Abubakarın (Nurmaqomedov) sentyabrda mübarizə apara bilməmələri mənim qayıtmağıma mane olur. Mən əvvəlcə onların qayıtmasını istəyirəm. Məni öz fikrimdən daşındırmaq üçün daha çox pul təklif edirlər”.
 
Xatırladaq ki, H.Nurmaqomedov oktyabrın 7-də irlandiyalı Konor Makqreqoru məğlub edərək çempionluq kəmərini qoruyub. İrlandiyalı ilə qarşılaşmadan sonra rusiyalı döyüşçü dava hadisəsinə görə 9 ay müddətinə diskvalifikasiya olunaraq, 500 min dollar cərimə edilib.
 
Rusiyalı döyüşçü qarışıq döyüş növləri üzrə keçirdiyi 27 qarşılaşmanın hamısında qalib gəlib.

Загрузка...
Загрузка...