Həbib azərbaycanlı futbolçuya MÜRACİƏT ETDİ: Stadiondan tullanma - FOTO

Baxış sayı: 
45
2  
0  

 
Mütləq döyüş çempionatının (UFC) çempionu, rusiyalı idmançı Həbib Nurməhəmmədov Rusiyanın “Spartak” klubunun azərbaycanlı futbolçusu Ayaz Quliyevə müraciət edib.
 
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, idmançı şəxsi instaqram hesabından 23 yaşlı futbolçunun ona bənzədilməsinə münasibət bildirib.
 
“Ayaz, bax, məni pis vəziyyətdə qoyma. Səni Həbib adlandırdılar, insanların üzərinə dəmir hasardan və stadiondan tullanma", - Həbib yazıb.
 
Qeyd edək ki, Quliyevin “Spartak”da birinci məşqindən əvvəl azarkeşlər onu qışqırıqlarla salamlayaraq, “Həbib, bura gəl!” deyirdilər.

Загрузка...
Загрузка...