​Hardan başlasam, necə başlasam...

Baxış sayı: 
100
16  
0  

​Hardan başlasam, necə başlasam...
Bilmirəm...
Tək bildiyim, bir an olur hansı ki, o an milyonlarla insanın içində yox oluruq, özümüzü tapa bilmirik, baxın mən o andayam…
Və nə qədər çabalasam da, mübarizə aparsam da xilas ola bilmirəm.
Sanki bir okeanın içində boğuluram və nəfəs almaq istəyirəm, suyun üzərinə çıxmaq istəyirəm, amma bacarmıram.
İçimdə, sanki, dərin bir boşluq var və onu doldura bilmirəm. Onu da kənara qoyuram, səbəbini də bilmirəm. Öz-özümə sual verirəm. NİYƏ?
Amma nə qədər gülünc olsa da, cavabını tapa bilmirəm.
Və bu aralar o qədər sualım var ki, içimdəki Telliyə, ancaq verdiyim tək cavab: Bilmirəm.
Belə etməklə, sanki, özümdən qaçıram, gerçəklərlə üzləşməkdən qorxuram.
Ətrafımdakılar isə, o sualı hər dəfə mənə verəndə, bir daha içimdəki boşluqda daha da batıram.
Mən özüm özümə cavab verə bilmirəm, insanlara nə deyim...
Və hamının verdiyi sual: Nolub, küsmüsən, incimisən deyə soruşurlar...
Və o anda bir daha anlayıram ki, məni tanıyan, məni bilən o sualı verməz...
Bunu anladıqdan sonra görürəm ki, məni tanıyan heç kim yox imiş, yalnız anamdan başqa.
Yəni demək istədiyim odur ki, hər insanı özünüz kimi bilməyin, hər insana: o məni tanıyır, o məni çox istəyir deməyin, özünüzü aldatmayın...
Reallığı qəbul edin, əks halda, bunu anlayanda gec olacaq...
P.S: Siz pis olanda sizi bilən insan bir baxışınızdan anlar, sözlərə ehtiyac qalmaz.
Siz siz olun, heç kəsi həyatda ən uca yerə qoymayın, özünüz öz həyatınızın zirvəsində olun...
 
~T.K

Загрузка...
Загрузка...