Əhaliyə 6 trilyon dollar yardım ediləcək

Baxış sayı: 
112
1  
0  

ABŞ-da koronavirus pandemiyası ilə əlaqədar maliyyə yardımının ümumi məbləği təqribən 6 trilyon ABŞ dolları təşkil edəcək.
 

Pravda.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlou deyib.

“Yardım paketinin ümumi həcmi altı trilyon ABŞ dollarıdır: iki trilyon ABŞ dolları- birbaşa yardım, təxminən dörd trilyon ABŞ dolları - federal ehtiyatdan verilən kreditlərdir (ABŞ Federal Ehtiyatlar Sistemi - red.). 

Bu, ABŞ tarixində amerikalılara - işsizlərə, ailələrə, fərdi sahibkarlara nağd və kredit şəklində veriləcək ən böyük maliyyə yardımı paketi olacaq. Çətin bir dövr olacaq, ancaq bu həftələr olacaq. İllərlə olmamalıdır”-deyə, o bildirib.Report

 
Загрузка...
Загрузка...