Əhalinin banklardakı pulu artıb

Baxış sayı: 
66
3  
0  

Ölkə əhalisinin banklarda 8 milyard 109,3 milyon manat pulu var. 

Turaninfo.org xəbər verir ki, cari ilin iyul ayının 1-nə olan statistikaya əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin banklardakı vəsaitlərinin həcmi 17,4 faiz artıb. 

 

Əmanətlərin 62,4 faizi xarici, 37,6 faizi isə milli valyutada yerləşdirilib.

Beləliklə, əmanətlərin 3 milyard 048 milyon manatı milli valyutada, 5 milyard 060,6 milyon manatı xarici valyutadadır. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 dəfə artıb. Xarici valyutada əmanətlər isə 0,2 faiz azalıb.  

Загрузка...
Загрузка...