"Hakimiyyətin bir qanadı digərinin üzərində açıq qələbə qazanıb" - SƏRDAR CƏLALOĞLU

Baxış sayı: 
90
1  
0  

"Bunu iqtidardaxili klanlararası qüvvələr nisbətinin bir klanın xeyrinə dəyişməsi kimi dəyərləndirirəm"
 
Xəbər verdiyimiz kimi, bu gün ölkə başçısı Ramil Usubovun daxili işlər naziri vəzifəsindən azad edilməsi və onun Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin imzaladığı başqa bir sərəncamla daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov daxili işlər naziri təyin edilib. Onu da qeyd edək ki, bu gün imzalanmış sərəncamla Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək, müdafiə sənayesi naziri təyin edilib. Əli Nağıyev isə onun yerinə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.
 
Nəzərinizə çatdıraq ki, sözügedən kadr islahatı ilə bağlı Hurriyyet.org-a açıqlama verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlunun fikrincə, hakimiyyətin bir qanadı digərinin üzərində açıq qələbə qazanıb: "Əgər bu kadr dəyişilmələrini ümumi şəkildə qiymətləndirsək, o zaman hakimiyyətdə bir qanadın açıq-aşkar digərinin üzərində qələbə qazanması kimi dəyərləndirmək olar. Yəni bununla da güc nazirlikləri də eyni qanadın nəzarətinə keçir. Qeyd edim ki, bunu ölkədə gedən proseslərin ümumi uzağagedən nəticələri baxımından bir o qədər də müvəffəqiyyətli addım kimi qiymətləndirmək olmaz. Əslinə baxsaq, bunu iqtidardaxili klanlararası qüvvələr nisbətinin bir klanın xeyrinə dəyişməsi kimi dəyərləndirirəm".
 
ADP sədri hesab edir ki, sözügedən kadr islahatı ölkəyə daha ciddi nəzarəti həyata keçirmək üçün atılan addımların bir hissəsidir.
 
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Загрузка...
Загрузка...