​Hakimiyyət xalqa keçib... - Sərkisyan acıq edib, görüşü tərk etdi

Baxış sayı: 
184
0  
0  

İrəvanda Ermənistanın baş naziri Serj Sərkisyanla ölkədə etiraz dalğası başladan müxalifətçi deputat Nikol Paşinyan arasında görüş baş tutub.
Publika.az xəbər verir ki, İrəvanda yerləşən "Marriott" otelində baş tutan görüş zamanı Sarkisyan söhbəti yarımçıq tərk edib. İlkin məlumatlara görə, tərəflər İrəvandakı vəziyyətlə əlaqəli ortaq məxrəcə gələ bilməyib. Mətbuata qapalı şəkildə keçirilən görüşdə Serj Sarkisyanla Nikol Paşinyan arasında hansı mövzularda fikir mübadiləsi aparıldığı bilinməsə də, N.Paşinyan görüş haqqında "Sarkisyanla yalnız istefasını müzakirə edə bilərəm" deyib.
S.Sərkisyan isə bunun qarşılığında bildirib ki, Paşinyan bu tonda danışacaqsa, o, hüquqi müstəviyə qayıtmağı məsləhət görür, əks halda baş verəcək hadisələrə görə məsuliyyət Paşinyanın üzərində qalacaq.
Etirazçı deputat isə heç kimin təhdid dilində danışmadığını söyləyib. O vurğulayıb ki, Sərkisyan ölkədəki vəziyyəti təsəvvür edə bilmir və artıq hakimiyyət xalqa keçib.
Bundan sonra Sarkisyan parlament seçkilərində 7-8 faiz səs yığan fraksiya rəhbərinin xalq adından danışmaq hüququ olmadığını bildirib və Paşinyanla danışmaq arzusunun olmadığını söyləyərək görüşü tərk edib.
Xatıraladaq ki, Ermənistanda S.Sarkisyanın baş nazir seçilməsinin əleyhinə bu gün də davam edən etiraz aksiyaları aprelin 13-dən N.Paşinyanın rəhbərliyi ilə başlayıb. Etirazçılar açıq şəkildə ölkədə "məxməri inqilab"ıb başlandığını elan edib.
Könül Cəfərli

Загрузка...
Загрузка...