​Hakimiyyət daxilində intriqa yaradanlar... - Video

Baxış sayı: 
95
1  
0  

Bu gün iyun ayının 9-dur. Müstəqil dövlət tariximizin elə günüdür ki, onu hər bir azərbaycanlı öz ad günü kimi yadında saxlamalıdır. Saata yox, zamana işləyənlərdən ötrü 1993-cü ilin bu günü əsr dəyərindədir. 26 il əvvəl, məhz bu gün Heydər Əliyev xalqın tələbi və biçarə Elçibəyin dəvətilə Naxçıvandan Bakıya gəldi.
 
O zaman Binə hava limanı kimi tanıdığımız aeroportda, o qələbəlikdə "Hanı o xəbər servis" deyə məni axtaran gur səsi, adamların məni itələyə-itələyə irəli heç özüm də bilmirəm hansı sürətlə aparması da, Bakıya gəlişinin necə baş tutması barədə verdiyim suala “Mən bura Əbülfəs Elçibəyin dəvətilə gəlmişəm, məni bura Əbülfəz Elçibəy dəvət edib” deyə cavab verməsi də indiki kimi yadımdadır.
 
İyun ayının 9-da Heydər Əliyevin Bakıya gəlişilə Azərbaycanı qaragüruhdan, onların gicbəsər idarəçiliyindən başını itirmiş xalqı məhv olmaqdan, dövləti artıq başlamış parçalanmaqdan xilası başlandı. Gün ağızları isti yerdə olan rahat həyat ərköyünlərinə o zamanın bəzi reallıqlarını xatırlatmaq istəyirəm. Və "o zaman" deyəndə bəlkə də bir az uzaq çıxır. Söhbət 1993-cü ilin iyun ayından gedir.
 
Bütün cəbhə boyu geriləmə başlamışdı. Paytaxtla əyalətin rabitəsi itmişdi, Naxçıvan Böyük Torpaqdan tam təcrid edilmişdi. Ölkədə tam bir dərəbəylik hökm sürürdü. Gəncədə başlanmış qiyam artıq ölkənin əsas strukturlarını iflic etmişdi. Təsəvvür edin ki, bir neçə gün əvvəl Qarabağda erməni-rus silahlı birləşmələrini guya darmadağın etməklə işğaldan az qala bütün əraziləri azad etdiyini iddia edən Ali Baş Komandanlıq vur-tut bir hərbi korpusun - 709-cu korpusun əlində əsir və yesir qalmışdı. Əsir-yesir sözün həqiqi mənasında. Ölkənin milli təhlükəsizliyinə cavabdeh olan Nazirliyin ikinci şəxsi və əslində əsas fiquru Sülhəddin Əkbər, Baş prokuror İxtiyar Şirinov girov götürülmüşdü. Gün arabir buludlar arxasından çıxıb Prezident İlham Əliyevi Qarabağ probleminin həllində qətiyyətsizlik göstərməkdə günahlandırıb qeyb olan Şirinov bapbalaca canının qorxusundan Ali Baş Komandanı Elçibəyin həbsinə sanksiya vermişdi. Düz 3 müddəa ilə. Polkovnik Surət Hüseynovun əsirləri sırasında daha kimlər yox idi ki... sayıb sayalı etməyək. Bircə onu deyim ki, spiker İsa Qəmbərin AzTV-də çalışan qohumunun Gəncədə o qədər də xoşagəlməz şəkildə girov götürülməkdən xilasının şahidiyəm. AzTV yaxşı axtarsa, o kadrlarda o xanımın o maşının belində necə qaçaraq canını qurtardığını öz gözlərilə görə bilər.
 
Qan su yerinə axırdı. Surət Hüseynov Elçibəy hökumətinin etibarsızlığını ustalıqla siyasi-hərbi etiraza çevirməyi bacarmışdı. Həmişə demişəm, bir daha təkrar edirəm: 1993-cü ilin iyununda Elçibəyi xalqın sükutu devirdi. Məntiqi son idi, belə olmalı idi. Elçibəy və komandası sonradan nə qədər arqument, nə qədər əsas, nə qədər səbəb gətirsə də, hamısı qəlp çıxdı. Hər rayonun icra başçısı hansı asanlıqla öz postunu tərk edib getmişdisə, eyni yolla da Baş İcra Başçısı qaçıb getdi. Mən Heydər Əliyevin Azərbaycan Dövlət televiziyasınını həyətində Elçibəyin gecəykən naməlum istiqamətdə Bakını tərk etməsi barədə mənə verdiyi müsahibəni xatırlayıram. O dərin gözlərdə mən Azərbaycanın necə batdığını və onun çıxarılmasının nə qədər çətin olacağını dərk edən Böyük və Güclü Adamın heyrətini görürdüm. Doğrudan da Elçibəy əvvəl dəvət edir ki, Heydər bəy, gəlin, kömək edin və sonra da “Prezident dövləti ölkənin istənilən yerindən idarə edə bilər" deyə, Kələkiyə sığınır. Siyasiləşmiş ordu isə özünə tanış olan dəst-xəttlə rayonlardan bir-bir, simvolik müqavimətlə çıxmaqdadır. Xocalı, Şuşa, Laçın, Kəlbəcər kimi yaşayış məntəqələri hansı ssenarilə tərk edilmişdirsə, eyni plan başqa həssas rayonlar üçün hazırlanırdı. “Bir halda ki, Heydər Əliyev xilaskardır, qoy o da gedib vuruşsun" deyən liderciyi şəxsən tanıyıram.
 
Və elə bu düşüncə tərzinə görə də Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayılı da itirdik. Rayonların müdafiəsinin səhlənkarcasına təşkili Xalq Cəbhəsi-Müsavat cütlüyünün ümumxalq etimadına son müqavimət həmləsi idi. Təəssüf ki, Bakıdan verilmiş bütün əmrlər sabotaj edilərək son nəticədə daha 6 rayonun süqutuna gətirib çıxardı.
 
Hakimiyyət daxilində intriqa ocaqları yaradanlar
 
Bütün bunlara hələ var. Hələ ki, iyunun 9-dur, Elçibəy Bakıdadır. Yayın istisində ləzzətli vəzifə dondurmaları piştaxtaya qoyulmayıb. Heydər Əliyev Bakıya gəlib. Bu o vaxtdır ki, Azərbaycanın şimalı "Ləzgistan" adı altında faktiki olaraq ayrılıb, hüquqi xırdalıqlar həll edilməkdədir. Cənubda "Talış Muğan Respublikası" elan edilmiş liliput dövlətçiyin beynəlxalq miqyasda tanınması üçün işlər aparılır. Ələkram Hümbətovun ilkin olaraq Ermənistanla bu mövzuda danışıqları hələ ki, sirrdir. Plana görə, "Ləzgistan"ı da, "Talış Muğan"ı da birinci olaraq Ermənistan tanımalıdır. İndi dövlət xaini Hümbətovun İrəvana müntəzəm səfərlərinin ilk biletləri hələ 93-də sifariş verilib. Ələkram Hümbətov Azərbaycan Xalq Cəbhəsinin yetirməsi və əsasını qoyanlardan biri kimi böyük nüfuza malikdir. Hətta o dərəcədə ki, Elçibəyin zənglərinə köməkçisi cavab verir və deyir ki, Əbülfəz Əliyevin zəng etdiyini ona yalnız çatdıra bilər.
 
Xalqın sükutla xeyir-dua verdiyi qiyam Bakıya yaxınlaşmaqdadır. Qrad qurğusu üzü paytaxta Nəvahıda qurulub. Siyasiləşmiş ordu isə özünə tanış olan dəst-xəttlə rayonlardan bir-bir simvolik müqavimətlə çıxmaqdaydı. Bu dəfə kiçik dəyişikliklərlə. Məsələn, Şuşa və Laçından çıxan hərbi hissələr, silahlı birləşmələr Bakıya gəlib “bəlkə hakimiyyətdən mənə də pay düşər" niyyətilə salavat, ya da dövlət çevirirdisə, bu dəfə tərkordu dərvişləri gördüm deyən olmurdu. Ona görə ki, dövlətin cır-cındır içində saxladığı, qayğısına qalmadığı, yalın ayaqla ölümə göndərdiyi əsgərlər fürsətdən istifadə edib aradan çıxırdılar. Kimisi yaxalanaraq orduya göndərildiyi bazara, kimisi marşrut avtobusunun dayanacağına, 3-sü isə sadəcə çörək almağa getdiyi dükana, qaldığı yerə qaçırdı. Könüllü əsgərlər könülsüz döyüşçülərə çevrilib qaçırdılar. Çünki onlara "Dövləti qoru" komandası verən yox idi. Çünki Ali Rəhbərlikdə dövlət təfəkküründə olan kimsə yox idi.
 
İyunun 9-da Heydər Əliyev Bakıya gələndə ixtiyarında demək olar ki, heç nə yox idi. O, hər addımda əli silahlıların qayır-qaynaşdığı Bakıya gəlmişdi. Bu o Bakıydı ki, adamı divara söykəyib sadəcə güllələyə bilirdilər. Baş prokuror Prezidentə həbs sanksiyası verə bilirdi. Korpus komandiri faktiki olaraq bütün ölkənin sahibi idi. Naxçıvan Ali Məclisinin sədrinin isə sadə insanların sevgisindən başqa heç nəyi yoxdur. O sadə insanlar isə o qədər cəsarətli deyillər ki, ən riskli məqamlarda liderlərini canları-cəsədləri ilə qoruya bilsinlər.
 
Bax, bütün bunlar reallıq idi. Heydər Əliyev təyyarənin trapıyla enərək gülümsəyirdi. Biz o zaman onun üzündəki təbəssümün altını görə bilmirik. Bu təbəssümün arxasında nələr yox idi?! Heç bir mükəmməl müdafiə-mühafizə sisteminə malik olmayan Binə hava limanında, trapın 70-90 metrliyində hansısa snayperin peyda olması anın işi ola bilərdi.
 
Gəlin, yadımıza salaq. O ərəfələrdə qətlə yetirilən, öldürülən nə qədər yüksək çinli orqan əməkdaşı, təhlükəsizlik işçisi olmuşdu. Cəmi dörd gün əvvəl Gəncə aeroportu uğrunda gedən döyüşlərdə bir zirehli maşının ətrafında daldalanan azərbaycanlı əsgərimizi- Azərbaycan vətəndaşımızı, başqa bir azərbaycanlı əsgərimiz - Azərbaycan vətəndaşımız qardaş gülləsilə qanına qəltan etmişdi. O əsgəri qucağında sonadək daşıyan operator Şakir Eminbəylinin batıq səsini mən o zamankı Azərbaycan xalqının ortaq harayının rəmzi hesab edirəm. "Tez olun, uşağı qan apardı!”
 
Və iyun ayının 9-u idi artıq. Bütün xalqın siyasi qibləsi Heydər Əliyev idi. Bu gün başımızı siyasət adına tərbiyəsizlik, əxlaqsızlıq, cahilliklə qatan dəmdəməkilər, politocüvəllağılar arabir yadlarına qoyub gəldikləri keçmişi salsaydılar, həm özlərinin, həm də toruna düşən zavallı uşaqların xeyrinə olardı.
 
Elçibəy iqtidarının Baş naziri olmuş Pənah Hüseyn Dövlət Müdafiə Komitəsinin həmin ilin, yəni 1993-cü ilin may ayında keçirilmiş iclasının protokolunu yayıb. Protokolun niyə yayılması, necə yayılması və hansı məqsədlə yayılması barədə susacam. Ona görə ki, Pənah Hüseyn Elçibəy iqtidarının şəxsən mənim qənətimə görə ən ağıllı və siyasətçiyə, dövlət adamına ən çox oxşayan şəxsidir, yəqin ki, bu addımı da səbəbsiz deyil. Onu kimsə Elçibəyə sayğısızlıq göstərməkdə günahlandırmağa da yəqin cürət etməz. Çünki mənim apardığım tok-şouda bir xarici ölkənin Azərbaycandakı keçmiş səfirinin onun haqqında dediyi etikadan kənar sözlərə hansı hirs və qəzəblə cavab verdiyi yadımdadır. Bu oyun deyildi və ya oyun belə olmur. Yəni deməyim odur ki, Pənah Hüseyn iyun hadisələrinin qansız bitməsi üçün əlindən gələni edən, hətta istefa ərizəsini də ilk yazan dövlət məmuru kimi şəxsən yadımda qalıb. Onun Baş nazir postunda Toğanada Surət Hüseynovla apardığı danışıqların da şahidiyəm. Dediyim başqadır. Bu protokolda iki məsələ xüsusilə qabardılır. Elçibəy iqtidarı Rusiya qoşunlarının Azərbaycandan çıxarılması və Azərbaycan ordusunun Türkiyə vasitəsilə NATO standartlarına uyğunlaşdırılmasını müzakirə edir. Bu bir.
 
İkincisi isə, ordunun vəziyyəti ilə bağlı dolaşıq məlumatlar. Dövlət katibi Əli Kərimov əvvəl deyir ki, “Yaz çağırış planı 101 faiz yerinə yetirilib!” Bir dəqiqə keçməmiş isə deyir: “13 rayonda çağırış planı yerinə yetirilməyib. Həmin rayonların rəhbərliyi haqqında tədbirlər görülməlidir".
 
Ardınca Daxili İşlər naziri Abdulla Allahverdiyev danışır: “Çağırışdan boyun qaçıranların sayı çoxdur! Bununla bağlı Baş prokurorla razılaşmışıq ki, qanuna uyğun şəkildə materialar toplanaraq istintaq aparılsın və çağırışdan yayınanlar cinayət məsuliyyətinə cəlb olunsunlar. Çağırışçı gənclərin bir qrupu Dağıstana keçib orada xidmət edirlər!”
 
Burda dayanaq, məncə. Hörmətli tamaşaçılar! İstiyirəm ki, bu mənzərəni təsəvvür edək. Daxili İşlər naziri Ali Baş Komandanın iştirak etdiyi xüsusi təyinatlı toplantıda rəsmən bildirir ki, Azərbaycan gəncləri Dağıstana keçib orada xidmət edirlər...
 
Məncə, şərhə ehtiyac yoxdur. Elçibəyin çıxışlarında daha çox xarici rəylə hesablaşmaq, beynəlxalq rəydən asılılıq meyilləri var. Yəni həm Rusiya qoşunlarının Azərbaycandan problemsiz çıxarılmasına reaksiya. Burda Elçibəy deyir: “Böyük dövlətlər, ABŞ, İngiltərə və s. bu hadisəni müsbət qiymətləndirir. Həm də bu prosesi gərginlik yaratmadan operativ şəkildə həll etməyimizdən təəccüblənirlər".
 
Bu birinci haşiyə.
 
Ali Baş Komandanın ikinci müdaxiləsi isə iyunun 2 də başa çatacaq fövqəladə vəziyyət rejiminin uzadılma zərurəti ilə bağlıdır. Əbülfəz Elçibəy deyir: “Avropa Şurasında da bu məsələyə müsbət baxırlar. Onlar da qeyd edirlər ki, əgər yeni yaranan dövlətlərdə fövqəladə vəziyyət rejiminin tətbiqi vətəndaş sülhünə kömək edirsə, bu variant istisna olunmamalıdır". Və ya: “4 günlük atəşkəs haqqında son razılıq ümumiyyətlə siyasi cəhətdən xeyirlidir və müsbət qiymətləndirilir. Bunu ABŞ səfiri də qeyd etdi”. Sitatın sonu.
 
Əlbəttə, keçmiş Baş nazirin tirajladığı sənəd təhlil üçün xeyli yer saxlayır. Mən sadəcə bəzi fraqmentlər üzərində dayandım ki, o zamanın Ali Rəhbərliyindəki əhval-ruhiyyə barədə təsəvvürünüz olsun, ya da sadəcə 1992-93-ün diletant hakimiyyət fonunu yadımıza salaq. Yaxşı qurtarmışıq. O hakimiyyətin dəliyindən düşməklə məxluqlaşaraq bu günə özünü yetirmiş Əli Kərimli özünün Kərimov keçmişini ara-sıra yada salmalıdır. Yoxsa bunu onun yerinə biz edəcəyik. Məsələn, az sonra hərbi operator İlham Ələkbərovla yaxın keçmişimizə baş çəkəcəyik. Və bunu da ona görə edəcəyik ki, Əli Kərimli və başqa qeyri-peşəkarların ardınca hurrey deyə düşən qaragüruhun məlumatsız, xəbərsiz, sadəlövh kontingenti anlasın ki, bir dəfə batdığı yerə bir daha hətta allahın ən fağır, ən işgüzar canlısı belə batmır. Yəqin bizim bir fərqimiz olmalıdı axı.
 
Bayaqdan sizə danışdığımız bütün məlumatlar faktlar və yalnız faktladır. O faktların hamısında Əli Kərimli var və Elçibəyin devrilməsidə əsas səbəbkarlardan biri odur. Məhz onun işbilməzliyi, qeyri-peşəkarlığı, qətiyyətsizliyi, şəxsi qorxaqlığı, qərar qəbul etmə müstəqilliyindən uzaq olması, Ali Baş Komandanı yanlış informasiyalandırması, hakimiyyət daxilində intriqa ocaqları yaradaraq öz oyununu aparması səbəb oldu ki, Elçibəy rüsvayçılıqla süquta uğradı. Bir dəfə demişəm, amma təkrar etmək zorundayam. Ölkənin bütün rayon icra başçılarını Əli Kərimli Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışarkən təyin etmişdi. Onlar bir nəfər kimi polkovnik Hüseynovun adamlarının adicə qapı döyməsilə postlarını qoyub qaçdılar. Baxmayaraq ki, dövlətin, Prezidentin yerlərdə səlahiyyətli nümayəndələri, dövlət başçısının simaları kimi Azərbaycanın taleyi üçün məsuliyyəti onlar daşıyırdılar. Onlar özlərini, əllərində olan variantlarını daşıdılar və qaçdılar. Son damla qanlarına qədər döyüşmək, müqavimət göstərib, dövləti, bayrağı, gerbi qorumaq əvəzinə.
 
Əli Kərimli Heydər Əliyevlə işləməkdən ötrü can atan, bütün vasitələrdən istifadə edərək yeni hökumətdə öz postunu qorumağa çalışan yeganə elçibəyçidir. Təsəvvür edin, Əli Kərimli hakimiyyətdə, Elçibəyin istefasından da sonra 20 gün qalır. Elçibəyin prezidentliyinin sonu 1993-cü il, iyun ayının 17-i sayıldığını nəzərə alsaq. Heydər Əliyevi aldatmaq sadəcə mümkün olmadı.
 
Bilirsiz, niyə mən Əli Kərimli başda, ayaqda, nə bilim harda olmaqla qaragüruhun üzərinə belə gedirəm? Ona görə ki, bu dövlətin qurulma prosesi gözlərimin qabağında olub. Potensialı hansısa San-Marino Universitetində hüquq fakültəsində zamdekanlığa zorla çatan bir yarımçığın, niyə yarımçığın, ona görə ki, adam 26 ildir ki, nə öz ixtisası ilə çalışır, nə də başqasının, əlqərəz "neudaçnik", illər uzunu özünü rəhbər təsəvvür edərək psixi sarsıntı keçirmiş bir adamın dövlət başına keçmək kimi sərsəm ideyasının nə qədər təhlükəli olmasını gərək ən azı onun ardınca düşən yazıqlara izah edim. Başqalarını bilmirəm, amma mən sonadək üzərimə düşən tarixi missiyanı yerinə yetirəcəm. Xilaskarlar xilas etdiklərini, hətta bir nəfər olsa belə, adətən alqışlarla müşayiət edirlər. Və əgər bu gün hansısa təcrübəsiz, məlumatsız, sadədil, məsum gənci, yeniyetməni ağır dəri və ya əli-zöhrəvi xəstəlikdən xilas edə bilirəmsə, o alqışları hiss edirəm. Hətta o alqışlar eşidilməzsə belə. Elçibəy çökdü. Onun çöküntülərinin təmizlənməsi lazımdır. Lazım gələcək. Uzun müddət.
 
İndi isə İlham Ələkbərovla birlikdəyik. Hərbi operatorla söhbətimizi yenə də 1993-cü ilə həsr edəcəyik. Yenə də 3 blok təqdim edəcəyik. Birinci blok haqqında qısaca məlumat verim...
 
İkinci blokda istərdim ki, mənə bir az əvvəl danışdığın əhvalatı hamı eşitsin. Nə təlim avtomatları idi elə və kim paylamışdı onları?
 
Qan və çirkab müxalifəti
 
Gəncədə baş verən üsyanın 26-ci ilini yaşayırıq. Yeri gəlmişkən oxşar hadisələr bu gün Sudanda baş verir. Əli Kərimli və ovcundakılar Azərbaycanın niyə Sudana oxşamadığının nisgilini çəkir, Xartumu Bakıya örnək göstərir. Məsələn, Əli Kərimlinin təmsilçisi Səid Nuri Sudanı misal çəkərək, öz Feysbuk səhifəsində bu qiyama təriflər yazır. Və artıq Sudanda vətəndaş qırğını ən qanlı fazasına keçib. Ölənlərin sayı 100-ü çoxdan aşıb. Azərbaycana belə gələcək arzulayan qan və çirkab müxalifətinin öndə gedən zənbilliləri bir-birinin ardınca mitinq anonsu verirlər, təqvimi 90-cı illərə aparıb bağlamağa çalışırlar. Eyni şüar, eyni tələblərlə. Şəhər icra hakimiyyəti Prezident olmağa qoymur da Əli Kərimlini. İcazə vermir ki, adam gedib prezident-prezident oynasın. Vay, vay, vay.
 
Mitinq demişkən, indi yaydı. Dezodarantı qoltuğunun altına köynəyinin üstündən vuran lider, arabir Üvertütanı yadına sal, axı qolunu yuxarı qaldırırsan... Üzeyir bəydən ayıbdır! Qaradı e bir az.

Загрузка...
Загрузка...