Hadisə ilə bacıları arasında GƏRGİNLİK

Baxış sayı: 
26
2  
0  

Müğənni Hadisə böyük bacısı Hülya Açıkgözün ardınca kiçik bacısı Dərya ilə münasibətlərini kəsməyə qərar verib.
 
Publika.az xəbər verir ki, dizaynerliklə məşğul olan bacısı ilə bir neçə ay əvvəl barışan Hadisə jurnalistlərə verdiyi açıqlamada münasibətlərinin yaxşı olduğunu etiraf etmişdi. Ailədaxili gərginliyin aradan qalxdığı görünsə də, əslində belə deyil. Məlum olub ki, Hadisə bacısının İstanbuldakı ev kirayəsi və digər xərclərini ödəməyi dayandırıb. Bundan sonra Dərya Açıkgöz Belçikaya anasının yanına köçüb.
 
Hadisə artıq Dərya Açıkgözü də instaqramda izləmədən çıxarıb.
 
Xatırladaq ki, bacılar arasında qalmaqal Gülnihal Açıkgözün intihara cəhd etməsindən sonra başlayıb. Hadisə iddia edib ki, əvvəllər onun menecerliyini edən bacısı Hülya Açıkgöz pulunu mənimsəyib.

Загрузка...
Загрузка...