​"Hacı Vaqifin Gəncəyə başçı qoyulmasını Elçibəyə Abbas Abbasov məsləhət görmüşdü...”

Baxış sayı: 
60
2  
0  

"Həmin Vaqif Əliyev Surətin hərbi hissəsinin təmizlik işlərinə nəzarət edirdi...”
 
 
Bu günlərdə 1993-cü il Gəncə olaylarıyla bağlı  Moderator.az-a  açıqlama verən  keçmiş  AMİP sədri  Etibar Məmmədov  eks-prezident Əbülfəz Elçibəyin həmin il iyunun 17-də AXC hakimiyyətinə qarşı qiyama qalxdığı deyilən keçmiş korpus komandiri, polkovnik  Surət Hüseynovun “adamı” olan və Hacı Vaqif kimi tanınan Vaqif Əliyevi Gəncəyə icra başçısı təyin etməsinin heç bir məntiqə sığmadığını ifadə edib. Elçibəyin keçmiş silahdaşı AXC hakimiyyətinin başında duranlardan bunun səbəbini izah etmələrini istəmişdi.
 
 
Gəncə hadisələri zamanı Surət Hüseynov tərəfdarları tərəfindən əsir edilərək Gəncədə  bir ay həbsdə qalmış Milli Qvardiyanın sabiq komandiri, polkovnik Əzizağa Süleymanov bu haqda Moderator.az əməkdaşına diqqətəlayiq faktlar söyləyib:   
 
“Heydər Əliyev Gəncəyə gələn ərəfədə “Hacı Vaqif” kimi tanınan Vaqif Əliyev keçmiş Baş nazirin müavini Abbas Abbasovun əli ilə Özbəkistandan Gəncəyə gətirilmişdi. Biz Gəncədə Sürətin əsiri olanda Hacı Vaqif qiyamçıların komendantı vəzifəsini yerinə yetirib. Orada olan hər bir əsirlik görmüş şəxs bunu təsdiq edə bilər. Hacı Vaqif hərbi hissənin təmizlik işlərinə nəzarət edirdi.
Hacı Vaqif Əliyevin Gəncə şəhərinin icra başçısı olmasını Əbülfəz Elçibəyə Abbas Abasov məsləhət görmüşdü...”
 
Keçmiş komandirin açıqlamasından o da bəlli olur ki, bəhs edilən dövrdə Gəncədə Surət Hüseynovdan da böyük təsir gücünə malik şəxslər olub:
 
“O ərəfədə Gəncədə Sürət Hüseynov o qədər böyük füqur deyildi; ortada Ruslan(“Zobik”), Abbas Abbasovun polis rəisi olan qardaşı Nadir Abbasov da vardı. “Zobik” və Vaqif Əliyev güllələnməsəydi, bəlkə də bu gün Sürət Hüseynov faktoru keçmiş arxivə gömülmüşdü və bu qədər maraq kəsb etmirdi. Yəni  onlar özləri Surətin başını yeyəcəkdilər...”
 
 
Sultan Laçın

Загрузка...
Загрузка...