Hacı Şahin: “Bu, dövlət təhlükəsizlik məsələsidir, vətəndaş qarşıdurması…”

Baxış sayı: 
81
1  
0  

“Bəzilərinin məlum mövzunu süni şəkildə qabartması ilə əlaqədar son dəfə mövzuya toxunmaq istəyirəm. Bir dəfə çıxışımda bildirmişdim ki, bu tip məsələlər dövlət təhlükəsizliyi məsələsidir, yenə də öz fikrimdə qalıram”.
 
Minval.info xəbər verir ki, bu sözlərlə ilahiyyatçı Hacı Şahin Həsənli Gədəbəy rayonundakı ziyarətgahda yaşanan hadisələrə münasibət bildirib.
 
İlahiyyatçının fikrincə, gündəmə “Qaloş Piri” kimi gələn olay xalqın ənənəvi inanclarını hədəfə alan bəzi çıxışlara rəvac verir. Bu baxımdan din xadimi saytlara açıqlamasından sonra bir daha mövzuya qayıdıb.
 
Hacı Şahin Həsənli vurğulayıb ki, xurafat ən kəskin və birmənalı şəkildə qınanmalıdır: “Uzun illərdir bu istiqamətdə biz də fəaliyyət göstəririk. Amma xurafatla mübarizə apararkən diqqətli olmalıyıq ki, heç kim bu adla dəyərlərimizi hədəfə almasın”.
 
İlahiyyatçının sözlərinə görə, övliyaların (müqəddəs, təmiz, saf, pak – red.) ziyarəti sıradan bir mövzu deyil, xalqımızın dinə münasibətinin özünəməxsus təzahürüdür: “Bu yanaşma insanlara mərhəmət hissi aşılayan, onları sərt ehkamçı təfəkkürdən qoruyan bir yanaşmadır”.
 
Hacı Şahin Həsənli qeyd edib ki, bu zehniyyət bütöv ölkələri vətəndaş qarşıdurmasına sürükləyərək viran qoyub:
 
“Bir daha vurğulamaq istəyirəm ki, ziyarətgahları hədəfə alan, sərt ehkamçılığı təbliğ edən təkfirçi zehniyyətin təhlükəsi heç də bu xurafatçı zehniyyətdən az deyil ki, çoxdur. Bu zehniyyət bütöv ölkələri vətəndaş qarşıdurmasına sürükləyərək viran qoyub, yüz minlərlə günahsız insanı qətlə yetirib və öz çürük ideyalarını bütün islam coğrafiyasına yaymağa cəhd göstərir”.
 
Samir Mirzə / Minval.info

Загрузка...
Загрузка...