Hacı Qalib bu dəfə Həcc rekordunu yeniləyə bilmədi – Qurbanlıqdan qabaq Məkkədə olubmuş

Baxış sayı: 
94
1  
0  

Artıq azərbaycanlı zəvvarların Həcc ziyarəti başlayıb. Belə ki, bu il zəvvarlarımız Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə avqustun 11-15-i yola düşəcək, sentyabrın 1-5-i isə geri dönəcəklər. Bu il Həcc ziyarətinə gedənlərin sayında artım müşahidə edilir.  Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin Həcc şöbəsinin məlumatına görə,  Həcc ziyarətinə 1440 nəfər gedəcək.

 Azərbaycanda nəinki 3-5, hətta, 20 dəfədən artıq Həcc ziyarətinə gedən şəxslər var.  

Turaninfo.org  xəbər verir ki, keçmiş deputat, 28 dəfə Həcc ziyarətində olmuş keçmiş deputat Hacı Qalib Salahzadə  Modern.az saytına açıqlamasında  bu il artıq Həcc ziyarətində olduğunu deyib:

 

“Mən artıq kiçik Həcc ziyarətinə gedib gəlmişəm. Bu,  Şəvval ayında  reallaşdı. Yəni bu il Məkkədə olduğum üçün  yenidən sənədlərimi vermədim. Bilirsiniz, mən hər il Həcc ziyarətinə gedirəm. Allah  bütün həcilərin ziyarətini qəbul etsin”.

 

Qeyd edək ki, bu il  Həcc ziyarətində xidmətlərlə bağlı dəyişikliklər edilib. Belə ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə iki növlü səfər xidməti deyil, bir növlü xidmət olacaq.

 

Həcc ziyarətinin xərcinə gəldikdə isə bu rəqəm ötən ildə olduğu kimi 4150 dollar olub. Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar ötən il olduğu kimi, əlavə 535 dollar ödəyib. Yaxın Şərqdə baş verən məlum münaqişələr üzündən bu ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunacaq.

Загрузка...
Загрузка...