Hacı Nuran Mübariz Mənsimovla bağlı hər şeyi açdı: "Gizlətməyəcəm..."

Baxış sayı: 
155
2  
0  

Aparıcı Hacı Nuran həbs edilən azərbaycanlı iş adamı Mübariz Mənsimova dəstək olub.
 

 M.Mənsimovun  bir iftiraya, bir şərə uğradığı bəlli olacaq:
 
"Son günlər onun adı dövrü mətbuatda tez-tez hallanır . Haqqında deyilənlərin nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm . Çünki O, hazırda Türkiyədə həbsdədi və istintaq materiallarının tədqiqindən sonra Mübariz Mənsimovun bir iftiraya, bir şərə uğradığı bəlli olacaq yəqin ki .
 
Çünki hamı Mübariz Mənsimovun necə bir oğul, necə bir iş adamı olduğunu yaxşı bilirlər . Bu o Mübariz Mənsimovdur ki, etdiyi yardımları da, xeyriyyəçiliyi də həmişə gizlədib, reklam etməyib . Bu o Mübariz Mənsimovdur ki, bütün canı, qanı qədər Azərbaycana bağlıdır . Ən sıravi vətəndaşından tutmuş, ən yüksək məmuruna kimi hamını özünə doğma sayan adamdı Mübariz . Düşünürəm ki, O başqa cür ola da bilməz . Adı Mübariz olanların buna haqqı yoxdur çünki .
 
Bu gün iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Qurban oğlu Mənsimovun 22.03.1968 doğum günüdür . Gizlətməyəcəm: onun kimi bir iş adamının həbsdə olması, bugünkü ad gününü doğmalarının əhatəsində deyil, həbsdə keçirtməsi bir azərbaycanlı kimi məni də çox təsirləndirir . Və təəssüf edirəm. Çünki Mübariz Mənsimov zindanlara layiq oğul deyil . Haqq nazilər, üzülməz deyirlər . Sənin haqqının öz yerini tapacağı gün uzaqda deyil ... Doğum günün mübarək"
Загрузка...
Загрузка...