Hacı İlqar İbrahimoğlu: "Hədəf insanın ac qalması deyil, yetkin bir varlığa çevrilməsidir" - VİDEO

Baxış sayı: 
38
1  
0  

 
Mübarək Ramazan ayını yaşadığımız bu günlərdə müsəlman əhalinin qarşılaşdığı əsas suallardan biri də bu ayın fəziləti, əməlləri, oruc tutmağın mahiyyəti, qaydaları və sairlə bağlıdır. Gündəmdə olan bu məsələlər aydınlıq gətirmək üçün ilahiyyatçı Hacı İlqar İbrahimoğlu "Yeni Müsavat"ın studiyasının qonağı olub.
 
Ramazan ayına həsr olunan verilişimizdə sualları cavablandıran Hacı İlqar İbrahimoğlu Qurani-Kərimdə oruc tutmağın hər bir müsəlmana vacib buyrulduğunu qeyd edib. Onun sözlərinə görə, İslam dininə qədər də digər dinlərdə oruc tutmaq əmr edilib.
 
İlahiyyatçı qeyd etdi ki, orucun yalnız fiziki orucdan ibarət olmamasına çalışmaq, bunun mənəvi inkişafın birinci mərhələsi kimi nəzərdə tutmaq lazımdır: "Çalışmaq lazımdır ki, bu təkcə fiziki oruc olmasın, göz orucu, dil orucu da olmalıdır, nəfsimizi tərbiyə etməliyik. Bir qədər də irəli gedərək fikir-düşüncə səviyyəsində oruc tutmalıyıq, pis fikirlərdən, sui-zənnlərdən , mənfi baxışlardan azad olmalıyıq. Nəhayət ən ali mərhələ, insanın qəlbinin həqiqi oruclu olması, qəlbin yalnız Allah məxsus olmasıdır. Hədəf insanın ac qalması deyil, yetkin bir varlığa çevrilməsidir".
 
İlahiyyatçı kimlərin oruc tutmaqdan azad olduğunu, bunun qarşılığında hansı hansı əməllərin onlara vacib olduğunu da açıqlayıb.
Daha ətraflı təqdim etdiyimiz videomüsahibədən izləyə bilərsiniz.
 
Nərgiz LİFTİYEVA
Məğrur Mərd
Musavat.com

Загрузка...
Загрузка...