"Guya pulu az olanlar yaşaya bilmir?" - Xalq artisti

Baxış sayı: 
63
1  
0  

Çox sənətkarlarımızı dumana, çənə salıb o yolla yox edirlər. Harada barmaqla sayılan sənətkarlar varsa, o yolun yolçusu olurlar. Onlarda iradə yoxdur, yoxsa pul onların gözünü dumanlandırır?

Turaninfo.org  Milli.Az-a istinadən xəbər verir ki, bunu Zaur Kamal aparıcısı olduğu proqramda 78 yaşlı xalq artisti Aftandil İsrafilovla söhbəti zamanı bildirib.

Aparıcının sualına bu yaşına kimi siqaret çəkmədiyini bildirən xalq artistinin cavabı maraqlı alınıb:

"Onları salmırlar e, onlar özləri düşürlər o dumana. Mənim ağlım oralıq deyil. İradə möhkəmliyi olmalıdır. Guya pulu az olanlar yaşaya bilmir? Hamısı da firavan, sağlam yaşayırlar. Gərək alnı açıq gəzəsən xalq arasında". 

Qeyd edək ki, dünyasın dəyişən məşhurlardan reper Hüseyn Dərya, klarnet ifaçısı Zahid Sabirabadlı narkotik asılılığından əziyyət çəkirdilər. 

Xatırladaq ki, məşhur qarmon ifaçısı, xalq artisti Aftandil İsrafilov mərhum klarnet ifaçısı Zahid Sabirabadlının ölümü xəbərinə "Narkotik maddələrdən kim rəhmətə gedirsə, onun yasına getmirəm. İstər atam olsun, istər qardaşım. Sənət aləmində bu səbəbdən beş nəfər rəhmətə gedib, heç birinin yasına getmirəm. Bilirsiniz niyə? Belə şeylərin tərbiyəvi əhəmiyyəti var. Yəni qələt eləyin, siqaret də çəkməyin" ifadələri ilə reaksiya vermişdi.

Загрузка...
Загрузка...