​Gürcüstandan Azərbaycana qarşı növbəti XAİN ADDIM: Ermənistanın yeni işğal planı və...

Baxış sayı: 
128
1  
0  

Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin Axalkalaki rayonunun Buqaşen kəndində Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımının iştirakçısı Mixail Avaqyana qoyduqları abidə bütün etirazlara rəğmən hələ də “ayaq üstədir”. Hər iki ölkənin ictimaiyyəti ciddi etirazdan sonra abidənin söküləcəyini gözlədiyi bir vaxtda Azərbaycan-Gürcüstan münasibətlərinin ruhuna zidd olan daha bir hadisə baş verdi. Yanvarın 28-də Ermənistanın Gürcüstandakı səfirliyi işğalçı ölkənin silahlı qüvvələrinin 27-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
 
Publika.az-a açıqlama verən politoloq Fikrət Sadıxov isə bildirib ki, Gürcüstanla Azərbaycan arasında münasibətlər həmişə yaxşı olub. Heç zaman onlarla gərginlik yaşamamışıq. Məsələləri normal, sivil qaydada həll etmişik. Görünür, bu gərginliyi artıran Gürcüstanın müəyyən siyasi qrupları və yaxud dairələridir:
 
 
 
“Son zamanlar Gürcüstanda Azərbaycana qarşı baş verən hadisələr xoşagəlməzdir. Biz bunu açıq şəkildə, bəyanatlar səviyyəsində deyirik. Fikirlərimizi ictimai müstəvidə, ekspertlər səviyyəsində çatdırırıq. Təəssüflər olsun ki, Gürcüstanda bizə diqqətlə qulaq asmaq istəmirlər. Reallıq odur ki, Gürcüstan Azərbaycandan asılıdır. Azərbaycan yeri gələndə, Gürcüstanın fayda götürdüyü layihələrə başçılıq edir. Gürcüstanı təbii qazla təmin edən də Azərbaycandır. Və haqlı olaraq baş verən hadisələrdən sonra təbii qazın qiymətini qaldırıb. Çünki Bakı təkcə ritorik yox, əməllərlə də Tbilisiyə cavab verməlidir. Oradakı yeni hakimiyyət düşünür ki, Ermənistanla yaxın əlaqələr qursalar, onların nazı ilə oynasalar, regiondakı mövqeləri güclənəcək. Amma bu, səhv mövqedir. Vaxtilə ermənilər Qarabağda da müxtəlif heykəllər ucaldırdılar. O hadisələrin acı nəticələri isə Dağlıq Qarabağ münaqişəsi ilə sərgiləndi. Gürcüstan bundan dərs götürməlidir. Çünki Gürcüstanın Cavaxetiya bölgəsində ermənilər sıx şəkildə yaşayır və orada da separatçılıq niyyətlərini gizlətmirlər. Ermənilərin radikal millətçiləri dəfələrlə bu niyyəti dilə gətiriblər ki, orada müstəqil dövlətlərini yaratmaq istəyirlər. Əgər Gürcüstan bununla üzləşmək istəyirsə, Ermənistanla yaxşı əlaqə qurmaq cəhdlərinə davam etsin. Amma Azərbaycan bunun müqabilində adekvat cavablarını verməyə hazırdır. Düşünmürəm ki, Gürcüstan bu vəziyyətdə nəsə qazana bilsin. Əgər onlar sağlam düşüncəli insanlardısa, Azərbaycanın mövqeyini nəzərə almalıdırlar”.
 
Zümrüd

Загрузка...
Загрузка...