“Gürcüstanda seçkilər şəffaf keçməyəcək” - “Qeyrət” Xalq Hərəkatının rəhbəri

Baxış sayı: 
34
1  
0  

Əlibala Əsgərov: “Dövlət əvvəlki kimi, seçki saxtakarlığına gedir”

“Əgər Griqol Vaşadze qalib gələrsə, Saakaşvili seçkidən həmən sonra Gürcüstana gələ bilər. Əks halda, bu, mumkun görünmür”

“Edison Risörc” adlı beynəlxalq şirkət Gürcüstanda prezident seçkiləri öncəsi sorğu keçirib. Sorğunun nəticələrinə əsasən, respondentlərin 31 faizi Mixail Saakaşvilinin lideri olduğu partiyanın namizədi Qriqol Vaşadzeyə səs verəcəyini açıqlayıb. İkinci yeri hakimiyyətin dəstəklədiyi Salome Zurabişvili (16 faiz) tutub. “Edison Risörc” “Avropalı Gürcüstan” partiyasının namizədi David Bakradzeyə isə respondentlərin 15 faizi səs verəcəyini açıqlayıb.

Qeyd edək ki, “Edison Risörc” ötən ilin oktyabrında Tiflis meri vəzifəsinə seçkilərin nəticəsini düz proqnozlaşdırmışdı. O vaxt seçkidə hakim partiyanın namizədi Kaxa Kaladze qalib gəlmişdi.

Açığı, “Edison Risörc”un açıqlamasında bir həqiqət var. Çünki keçmiş Gürcüstan prezidenti Mixail Saakaşviliyə xalqın, xüsusən də azərbaycanlıların böyük rəğbəti var. Mixail Saakaşvilinin lideri olduğu

partiyanın namizədi Qriqol Vaşadzenin 31 faizlə sorğunun qalibi olması da məhz bundan qaynaqlanır. Ona görə Saakaşviliyə böyük rəğbət var ki, o, Gürcüstanın demokratik, sivil dövlətə çevrilməsində mühüm rol oynadı, korrupsiyanın kökünü kəsdi. Bununla da idarələrdə süründürməçiliyin qarşısını aldı. Eyni zamanda bu gün Gürcüstan vətəndaşlarının Avropa Birliyi ölkələrinə vizasız gediş-gəlişinin təməlini qoydu. Saakaşvili əhalinin sosial problemlərini həll etməyə çalışdı və buna nail oldu. Demək olar ki, pensiyaları, təqaüdləri əvvəlki prezident Eduard Şvernadzenin dövründə olduğundan qat-qat artırdı.

Elə ki Saakaşvli dönəmi bitdi, Gürcüstanın inkişafı da dayandı. Əhali indi demək olar ki, çox çətin vəziyyətdə yaşayır. Hazırda ölkə əhalisinin işçi qüvvəsi ya Türkiyədə, ya da Polşada işləyir. İnsanlar ailələrindən didərgin düşüblər. Türk lirəsi dəyər itirdiyindən isə Gürcüstan vətəndaşları artıq Türkiyədən geri dönmək məcburiyyətində qalıblar. Hazırda insanlar iş axtarmaq məqsədilə daha çox Polşaya axın edir. Digər Avropa ölkələrinə, o cümlədən Almaniya, Fransa və Çexiyaya gedən Gürcüstan vətəndaşları da var.

Bu gün Gürcüstanının sosial-iqtisadi durumu ürəkaçan olmasa da, hakimiyyətin dəstəklədiyi Salome Zurabişvili sorğunun nəticələrinə görə ikinci yeri tutub. Amma o, indi ikinci yeri tutsa da, Gürcüstan prezidenti olmağa ən şanslı namizəddir. Çünki mövcud iqtidar, yəni “Gürcü arzusu” Partiyası Salome Zurabişvilini dəstəklədiyi halda, hazırda müxalifətdə olan, Saakaşvlinin lideri olduğu “Vahid Milli Hərəkat” Partiyasının namizədi Qriqol Vaşadzenin prezident seçilmək şansı az görünür. Ona görə ki, prezident seçkilərinin şəffaf keçiriləcəyi şübhə doğurur.

“Keçirilən sorgu həqiqətə daha yaxın bir sorğudur”

“Edison Risörc”ın Gürcüstanda prezident seçkiləri öncəsi keçirdiyi sorğu ilə bağlı Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov “Hürriyyət”ə dedi ki, kecirilən sorgunun nəticəsi həqiqətə daha yaxındır: ““Vahid Milli Hərəkat” Partiyası və ona qoşulan partiyalar seçki kampanyasına mütəşəkkil hazırlıqlarla başlayıb”.

“Mişanın nüfuzu xalqın arasında yuksək dərəcədədir”

Ə.Əsgərov vurğuladı ki, hakim partiyanın və hakimiyyətin buraxdığı səhvlər mövcud korrupsiya faktlarini ortaya qoya bilir: “Mixail Saakaşvilinin dövrünün nizam, intizamı və aparılan reformalar o dövr hakimiyyətini arzulayır. Bir sozlə, Mişanın nüfuzu xalqın arasında yuksək dərəcədədir. Amma hakim partiyanin Saloma xanımı dəstəkləməsi və dovlet resurslarının tam mexanizmlə işə duşməsi onu gostərir ki, seçkilər tam şəffaf keçməyəcək. Hakimiyyətin və dövlət strukturlarının mudaxiləsi ilə Saloma xanımın qalib çıxacağı da istisna deyil”.

“Saloma xanımın seçki qərargahlarını dövlət strukturları təşkil edir”

“Bu günkü İvanişivili iqtidarı Saloma xanımı hakim partiyanın namizədi kimi təbliğ edir və onun seçki qərargahlarını dövlət strukturları təşkil edir. Bu da ondan xəbər verir ki, dövlət əvvəlki kimi seçki saxtakarlığına gedir”, - deyə Ə.Əsgərov qeyd etdi.

“Saakaşvilinin prezident seçkisindən öncə və yaxud sonra Gürcüstana qayıdacağı ilə bağlı fikirlər səslənir. Bu mümkündürmü” sualına. Əlibala Əsgərov belə cavab verdi: “Əgər Griqol Vaşadze qalib gələrsə, Saakaşvili seçkidən həmən sonra Gürcüstana gələ bilər. Əks halda, bu, mumkun görünmür”.

Загрузка...
Загрузка...