Gürcüstan azərbaycanlılarının torpaqları əlindən alınır? – ŞOK QANUN LAYİHƏSİ

Baxış sayı: 
75
1  
1  

 
Gürcüstanda yaşayan həmvətənlərimizə qarşı növbəti ayrı-seçkilik siyasətinə start verilib.
 
 
 
 
Sfera.az-ın məlumatına görə, qonşu ölkədə etnik azərbaycanlıların mülkiyyət hüququnu məhdudlaşdıran yeni qanun layihəsi Gürcüstan parlamentinə təqdim edilib. Qanun layihəsinin qısa məzmunu ondan ibarətdir ki, Gürcüstan vətəndaşı əkinçilik məqsədilə mülkiyyətinə verilmiş torpaqları başqa bir ölkənin vətəndaşına miras qoymaq istəyərsə həmin başqa ölkənin vətəndaşı hökmən etnik mənsubiyyətcə gürcü olmalıdır.
 
 
Qonşu ölkədə azərbaycanlıların kompakt şəkildə yaşadığını nəzərə alsaq bu qanun layihəsinin məhz soydaşlarımızın daha çox zərər çəkəcəyi bəllidir. Sözügedən layihə parlamentdə təsdiqlənərsə Gürcüstan vətəndaşı olan azərbaycanlı başqa ölkə vətəndaşı olan oğluna yaxud, digər qohumuna sahib olduğu torpaq sahəsini miras qoya bilməyəcək, amma eyni hal milliyətcə gürcü olan vətəndaşlar üçün mümkündür.
 
 
"Borçalı” İctimai Cəmiyyətinin sədri, əslən Gürcüstandan olan Zəlimxan Məmmədli Sfera.az-a verdiyi açıqlamada sözügedən qanun layihəısi barədə məlumatlı olduğunu söylədi: "Əgər belə bir qanun layihəsi təsdiqlənəcəksə bu birbaşa diskriminasiya siyasətidır. Gürcüstan konstitusiyasında etnik və dini azadlıqlar var. Bu baxımdan nəzərdə tutulan qanun layihəsi Gürcüstan anayasasına ziddiyyət təşkil edir”.
 
Z.Məmmədlinin sözlərinə görə, məsələ ictimailəşdirilməli və təhlil olunmalıdır: "Etnik kimliyimizə görə aşağılanma, ayrıseçkilik varsa müzakirələrdə aktiv olmalıyıq”.
 
 
Cəmiyyət sədri onu da qeyd etdi ki, son zamanlar Gürcüstanda mənfi tendensiyalar özünü göstərməkdədir ki, bu da hazırkı İvanaşvili hakimiyyətinin mahiyyətindən irəli gəlir. O Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı millət vəkillərinin məsələylə bağlı adekvat reaksiyalar göstərməsinin vacibliyini də vurğuladı.
 
 
Məlumat üçün bildirək ki, bir neçə il öncə Gürcüstan parlamenti diskriminassiya siyasətinin təzahürü sayılan daha bir qanun layihəsini təsdiqləmişdi. Belə ki,xristian dininin, ortodoks ruhaniləri (din xadimi, kilsə qulluqçusu) üçün hərbi xidmət məcburi olmadığı halda başqa dinin nümayəndələri üçün bu məcburi hala salınmışdı.
 
 
 
 
Orxan
 
Sfera.az

Загрузка...
Загрузка...