“Gürcüstan Azərbaycanın mövqeyini nəzərə almalıdır” - Oqtay Əsədov

Baxış sayı: 
144
1  
0  

"Gürcüstan hökuməti Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində qatil Mixail Avaqyana abidə ucaldılması ilə bağlı Azərbaycanın mövqeyini nəzərə alacaq”.
 
Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
 
O xatırladıb ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib: "Azərbaycanın Gürcüstandsakı səfiri Gürcüstanın Xarici İşlər Nazirliyində olub. Bu məsələlər üzrə iş gedir. Güman edirəm ki, Gürcüstan hökuməti bu məsələyə diqqət yetirəcək, məsələ həllini tapacaq”.
 
Qeyd edək ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov, deputat Fazil Mustafa bu abidənin ucadılması məsələsinə etirazlarını bildiriblər.

Загрузка...
Загрузка...