​Günün fotosu: “Həzin-həzin yada düşən Nigarımız”

Baxış sayı: 
179
2  
0  

 
Adını Nigar qoymuşdular, sevib-seçdiyinin nazlı nigarı, vəfalı yarı olacaqdı.
 
Olmadı, xain ermənilər bu gözəl balanın ad gününə bir gün qalmış önun ömrünü yarımçıq kəsdilər, arzularını puç etdilər, hətta şəxsiyyət vəsiqəsini də parçaladılar.
 
Gecə yatmağa gedəndə nə xəyallar qurmuşdu Nigar, kimlər zəng edib, onu təbrik edəcək, kimlər uzun ömür, cansağlığı, kimlər dərslərində müvəffəqiyyətlər arzulayacaqdı.
 
Hədiyyə alanlar, göndərənlər olacaqdı. “Əsas məsələ dərsdir, dərslərini yaxşı oxu” deyə öyüd verənlər tapılacaqdı. “Maşallah, necə böyümüsən, gözəlləşmisən” deyən, oğlu üçün gözaltılayanlar olacaqdı. Can, bala...
 
Amma Nigarın sabahı açılmadı. Gəncənin qaranlıq gecəsi qara gəldi, gənclərin ömrünü qaraltdı. Mənfur düşmən yenə körpə qatili olduğunu göstərdi.
 
Bu savaşda nə qədər gənc həyatlar baltalanır. Gözü dönmüş, qana susamış, azğın düşmən öz gənclərini də məhv edir, bizimkilərin də həyatını puç edir.
 
Ancaq belə getməyəcək, ordumuz bu vəhşilərin nəfəsini kəsəcək ki, nigarların arzuları yarımçıq qalmasın.
 
Musavat.com

Загрузка...
Загрузка...