​Günün fotosu: Həmsədrlərin yeni ideyalarını və Məmmədyarovu "vuran" ermənilər...

Baxış sayı: 
101
1  
0  

 
Bu foto Tovuzda, Ermənistan-Azərbaycan müharibəsinin lokal şəkildə şiddətləndiyi rayonda, artilleriya mərmisinin düşdüyü evdə çəkilib.
 
Erməni hərbi birləşmələrinin artilleriya atəşi ilə vurduğu evdə mərmi otaqlardan birinə düşüb, çox şeyi dağıdıb, hətta bu qəzet parçasının bir tərəfini də yandırıb.
 
"Həftə içi" qəzetinin köhnə saylarından birinin, 13 dekabr 2012-ci il tarixli buraxılışının manşeti nə olsa yaxşıdır? "Həmsədrlərin yeni ideyaları var". Manşet yazısını xarici işlər naziri Elmar Məmmədyarovun şəkli və sözləri müşayiət edir. Sağ tərəfdə Müdafiə Nazirliyinin sabiq sözçüsü Eldar Sabiroğlunun şəkli və onun dilindən verilmiş "Qəbələ RLS-dəki inventarlar Rusiyaya məxsusdur" başlıqlı material var.
 
 
 
Necə də simvolikdir.
 
Erməni topçular iyulun 12-dən başlayaraq təkcə sərhədyanı kəndlərimizdəki evləri yox, həm də ATƏT-in Minsk qrupu həmsədrlərinin yeni ideyalarını, eləcə də Məmmədyarovu "vurdular". İndi həmsdərlər nə deyəcək, Məmmədyarov nə deyəcək? Onsuz da onların nə dediyini 15 ildir başa düşən yoxdur.
 
Elə Qəbələ RLS də, onun inventarları da, ümumiyyətlə, Ermənistandakı hərbi bazalar da Rusiyaya məxsusdur. Buraların "qorodovoy"u Rusiyadır.
 
Belə olduqca Ermənistandan atılan mərmilərin sülhdən bəhs edən qəzetlərin saxlandığı, münaqişənin sülh yolu ilə tənzimlənməsindən danışan televizorun səsi gələn evlərə düşməsi gözləniləndir.
 
Musavat.com

Загрузка...
Загрузка...