Güneylilər Eyyubun mahnısını xorla oxudu - Video

 
Tanınmış müğənni Eyyub Yaqubovun “Azəri torpağı” adlı məşhur mahnısı cənubi azərbaycanlılar tərəfindən maraqlı tərzdə səsləndirilib.
 
Teleqraf.com xəbər verir ki, İranda yaşayan soydaşlarımız bu mahnını xor şəklində xüsusi ansamblın müşayiəti ilə ifa ediblər.
 
Qeyd edək ki, bu mahnı Eyyub Yaqubovun 1999-ci ildə işıq üzü görən “Duet Amburan” adlı albomundan bir parçadır.
 
Azərbaycanda da heç zaman dildən düşməyən “Azəri torpağı”nın bəstəkarı Elçin İmanovdur.

Загрузка...
Загрузка...