Güneydə sabiq siyasi məhbusun rəsm sərgisi ləğv edilib

Mustafa Pərvin daha əvvəl həbs və şallaq cəzasına məruz qalıb
Ərdəbilin Mədəniyyət və İslami İrşad idarəsi oktyabrın 30-da fəaliyyətə başlayacağı planlaşdırılan türk fəal və rəssam Mustafa Prəvinin rəsm sərgisini ləğv edib.
 
Mustafa Pərvin İran Azərbaycanında keçirilən etiraz aksiyaları və siyasi məhbuslara dəstək kampaniyalarına qatılmaq kimi fəaliyyətləri səbəbilə keçmişdə həbs və şallaq cəzaları ilə qarşılaşıb.
 
HRA agentliyi və Günaz TV-nin yayımladığı məlumata əsasən, sərginin ləğvi rəssamın keçmişdə həbsdə olması və göstərdiyi siyasi fəaliyyətlərlə bağlıdır.
 
Mustafa Pərvin
Mustafa Pərvin
Amerikanın Səsinin rəssamın yaxınlarından əldə etdiyi məlumata görə, sərgi təhlükəsizlik qurumunun göstərişi ilə ləğv edilib.
 
Mustafa Pərvinin əsərlərinin 30 oktyabr ilə 3 noyabr tarixləri arasında mədəniyyət idarəsinin Fədək Qalereyasında nümayişə qoyulacağı gözlənilirdi.
 
İnternet portalları və sosial mediada yayımlanan şəkillərə əsasən, Prəvin həmin qalereyanın önündə əlində plakatlarla sərginin ləğvinə etirazını nümayiş etdirir.

Загрузка...
Загрузка...