Güneydə fəallar ermənilərə qarşı kampaniya başlatdı

Baxış sayı: 
76
1  
0  

Güneyli fəallar ermənilərin Tehranda Türkiyəyə qarşı icazəli yığıncağının ləğv olunmasını tələb edən kampaniyaya start verib.

Turaninfo.org xəbər verir kı, ermənilərin aprelin 24-də Türkiyə əleyhinə keçirilməsi gözlənilən yığıncağını azərbaycanlı fəallar protest etmək qərarına gəlib.

Fəallar bu məqəsədlə imzatoplama kampaniyası keçirərək, planlaşdırılan yığıncağın icazəsinin ləğv olunmasını tələb edir. Onlar hər kəsi https://t.me/imzakampanyasi adresinə müraciət edərək kampaniyaya qoşulmağa çağırıb.

1915-ci il hadsələrini qondarma soyqırım kimi qəbul edən ermənilər hər il aprelin 24-də Türkiyənin Tehrandakı səfirliyi qarşısında geniş etiraz aksiyası keçirir. Həmin gün ermənilər İranın rəsmi icazəsi ilə “Türkiyəyə ölüm”, “Türkə ölüm” və s. şüarlar səsləndirirlər.

Bunun əksinə isə İran rəsmiləri güneylilərə Qarabağla bağlı hər hansı tədbir keçirməyə qəti şəkildə icazə vermir.

axar.az

 
Загрузка...
Загрузка...