Güneydə daha bir qadın fəal saxlanıldı – Foto

Baxış sayı: 
50
2  
0  

Azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədi oktyabrın 26-da Mərənd şəhərində saxlanılıb.

Turaninfo.org xəbər verir ki, İranın İnformasiya və Kəşfiyyat Nazirliyi – “ETTELAAT” əməkdaşları tərəfindən öz evində saxlanılan fəal naməlum istiqamətə aparılıb, hələlik onun saxlanma səbəbi ilə bağlı heç bir informasiya yoxdur.

Məmurlar evə daxil olduqdan sonra fəal və onun həyat yoldaşına qarşı kobud davranıb, hətta onları silahla təhdid ediblər.

Qeyd edək ki, “Tomris Ana” ləqəbi ilə tanınan Həkimə Əhmədinin iki uşağı var. O, ötən aylarda təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq 3 gün saxlandıqdan sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Bu günlərdə Güney Azərbaycanda – Təbrizdə daha bir qadın milli-mədəni fəal Nəsim Sadiqi isə İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) əməkdaşları tərəfindən saxlanılıb.

Загрузка...
Загрузка...