​Güney Azərbaycandan “Charlie Hebdo”ya sərt təpki - Aksiya/Foto

Baxış sayı: 
110
1  
0  

 
İranın Qum şəhərində yaşayan azərbaycanlılar və din xadimləri 2015-ci ildə Məhəmməd peyğəmbərin karikaturları ilə gündəmə gələn Fransanın “Charlie Hebdo” jurnalının İslam peyğəmbəri ilə bağlı silsilə karikaturlarına etiraz olaraq aksiya keçirib.
 
Teleqraf.com xəbər verir ki, yürüş edən aksiya iştirakçıları sonda bəyanat səsləndiriblər.
 
Bəyanatda İslama qarşı həqarət və irqçi davranışlar pislənilib, müsəlmanlar əleyhinə atılan addımların radikal qrupların terror aktlarının artmasına səbəb olacağı vurğulanıb.
 
Bildirilir ki, İslama qarşı nifrət dolu propaqanda din azadlığı kimi dəyərləndirilməməlidir.
 
Qeyd edək ki, “Charlie Hebdo” jurnalının satışa çıxarılacaq xüsusi buraxılışının üz qabığında 2006-cı ildə yayımlanan 12 mübahisəli karikaturanın yer alacağı bildirilib.
 
Jurnalın sahiblərindən biri Loren Surisso əsla geri çəkilməyəcəklərini deyib.
 
Jurnalın qərarına Fransa Prezidenti Emmanuel Makron da dəstək verib.

Загрузка...
Загрузка...