Güney Azərbaycanda etiraz: Təbriz bazarı tətilə çıxdı - VİDEO

Baxış sayı: 
278
1  
0  

Güney Azərbaycanın bir neçə şəhərində bazarın durğunluğu və ağır iqtisadi vəziyyətə etiraz bildirilib.

Oktyabrın 8-də Darayi xiyabanında yerləşən Təbrizin “böyük bazar”ı bağlanıb. Mağazalar fəaliyyətini dayandırdıqdan sonra Darayi xiyabanına çox sayda təhlükəsizlik qüvvələri cəlb olunub.

Təbrizin “böyük bazar”ı etirazlara qoşulsa da, bəzi mağazalar açıqdır. “Böyük bazar”dan başqa Təbrizin bir neçə məntəqəsində mağazaların bağlı olduğu bildirilib. Məhəmmədi və Əmir Kəbir ticarət mərkəzləri, həmçinin qızıl bazarı da etirazlara qoşulub.

Aksiyalara qoşulan Azərbaycan şəhərlərindən biri də Qoşaçaydır. Aşağıdakı videoda göründüyü kimi bu şəhərin böyük bazarı və qızıl bazarı ağır iqtisadi vəziyyətə etiraz olaraq tətil edilib.


Bu videoda isə Əbhər şəhərində mağazaların bağlı olduğu görünür.
 

Загрузка...
Загрузка...