Günay tamaşaçılara atmaca atdı: “Elə bil evlərində xalat geyinmirlər” – VİDEO

Ötən gün Zaur Baxşəliyevin efirə hamam xalatı ilə çıxması ilə bağlı xəbər vermişdik.
Minval.İnfo-nun məlumatına görə, Zaurun bu addımı tamaşaçıların xoşuna gəlməmiş və sərt tənqid edilmişdi. Bu gün efirə gedən verilişdə isə tamaşaçıların tənqidinə Günay atmaca ilə cavab verib.
Günay, “Bizim evimizin hər yerində kamera var. Bura evdir. Zaur, xalat geyindin, onu da söz etdilər. Elə bil evlərində xalat geyinmirlər” – deyə tənqidlərə cavab verib.
Qeyd edək ki, “Zaurla Günaydın” verilişinin çəkiliş studiyası sanki evdə çəkilirmiş kimi dizayn edilib. Zaur və Günay deyəsən bu dizayna çox alüdə olub.
Damla
 

Загрузка...
Загрузка...