​Güləşçimiz ermənini məğlub etdi

Baxış sayı: 
103
2  
0  

 
 
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxı Romadakı Avropa çempionatında ilk görüşünü keçirib.
 
Medianews.az report-a istinadən xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı Bolqarıstan təmsilçisi Aik Mnatsakanyanla üz-üzə gəlib.
Təsnifat mərhələsində erməni əsilli idmançını 6:3 hesabı ilə məğlub edən Süleymanov 1/8 finala yüksəlib.
Qeyd edək ki, digər yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) ilk qarşılaşmasında Kiril Maskeviçə (Belarus) qalib gəlib. Bu gün Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) də mübarizəyə başlayacaq.

Загрузка...
Загрузка...