​Güləşçimiz dünya çempionatının finalına yüksəldi

Baxış sayı: 
53
1  
0  

Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında finala vəsiqə qazanıb.
Turaninfo.org xəbər verir ki, mübarizəyə 1/8 final mərhələsindən başlayan idmançı ardıcıl olaraq Kanada, Moldova və Macarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. 65 kq çəki dərəcəsində yarışan Ə.Rəhimzadə ən azı gümüş medalı təmin edib.
O, finalda Yaponiyalı Rey Hiquçi ilə qarşılaşacaq. Final görüşü sabah keçiriləcək.

Загрузка...
Загрузка...