​Güclü yağış, qar, külək - SABAHIN HAVASI

Baxış sayı: 
85
0  
0  

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, aprelin 23-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
 
Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Gündüz hava dəyişkən buludlu olacaq. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.
 
Havanın temperaturu gecə Abşeron yarımadasında 5-7, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti təşkil edəcək.
 
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.
 
Azərbaycanın rayonlarında aprelin 23-də fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz hava əksər rayonlarda əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Загрузка...
Загрузка...