​Gərginlikdə yeni pərdə - TANKER BÖHRANI

Baxış sayı: 
52
1  
0  

Hurriyyet.org xəbər verir ki, İrana qarşı neft embarqosundan sonra əhəmiyyəti artan Füceyrə limanında (BƏƏ) lövbər atmış Səudiyyə tankerlərinin yanması ilə bağlı açıqlamasında Riyad hakimiyyəti Tehrana işarə vuraraq gəmilərin vurulduğunu bildirib. İran isə bunun onlara qarşı qurulmuş qəsd işi olduğunu bəyan edib.
 
İranın Xarici İşlər nazirliyinin sözcüsü Abbas Musavi deyib: “Hadisənin dəniz nəqliyyatı təhlükəsizliyinə mənfi təsiri vardır. Bölgə ölkələri xarici agentlərin sabitliyi pozmaq üçün planlaşdırdıqları qəsd işlərinə, tələlərə qarşı ayıq-sayıq olmalıdırlar”. İranın millət vəkillərindən biri də “Röyters” informasiya agentliyinə müsahibəsində hadisənin arxasında üçüncü ölkələrdən olan agentlərin olduğunu və baş vermiş hadisənin Körfəz ölkələrində təhlükəsizlik məsələsinin nə qədər kövrək olduğunu göstərdiyini söyləyib.
 
Tankerlərə qarşı baş vermiş təxribat xəbəri barədə saytımızda daha əvvəl məlumat verilmişdi:
 
http://hurriyyet.org/xeber/seudiyye_rebistani_ve_b_gemilerinde_txribat_-....

Загрузка...
Загрузка...