Əgər İranda indiki vəziyyət davam etsə... – SEPAH

Baxış sayı: 
194

Əgər Tehranda sabitliyin pozulması ilə bağlı indiki vəziyyət davam etsə, ölkə rəsmiləri məsələ ilə əlaqədar bir sıra qərarlar qəbul edərək, işi bir yolluq bitirəcəklər.
 
Axar.az xəbər verir ki, bu sözləri SEPAH-ın “Sarəllah” qərargahı komandanının canişini İsmayıl Kövsəri deyib.
 
“Tehrandakı etirazların qarşısını almaq üçün hüquq-mühafizə qüvvələri tərəfindən hələlik bizə müraciət olunmayıb. Lakin əgər onlar bizdən yardım istəsələr, SEPAH-ın “Sarəllah” qərargahı, ölkənin Ali Milli Təhlükəsizlik Şurasının bundan əvvəl qəbul etdiyi qərarlarına uyğun olaraq, işə qarışacaq və hüquq-mühafizə qüvvələrinin yardımına başlayacaq”, - Kövsəri bildirib.
 
Xatırladaq ki, bir müddət əvvəl İranın Məşhəd şəhərində başlayan və 20-dən çox şəhərə yayılan etirazlar nəticəsində 27 nəfərin öldüyü, 300 nəfərin xəsarət aldığı, 700-dən çox adamın həbs olunduğu deyilir.

Загрузка...
Загрузка...