Gözəl Bayramlının cəzası 2 ay azaldılıb

Baxış sayı: 
47
1  
0  
Ali Məhkəmədə AXCP sədrinin müavini Gözəl Bayramlının barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
 
Report-un xəbərinə görə, Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, G.Bayramlının cəzası 2 ay azaldılıb.
 
G.Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. O, valyuta qaçaqmalçılığında, əsasən gömrük bəyannaməsi təqdim etmədən 12 min dolları keçirməkdə ittiham olunaraq üç il azadlıqdan məhrum edilib. Hüquq-müdafiə təşkilatları G.Bayramlını siyasi məhbus kimi tanıyıblar.
Загрузка...
Загрузка...