Göygöldə yol qəzası - Avtomobil 13 yaşlı oğlanı vurdu

Baxış sayı: 
100
2  
0  

Oktyabrın 25-də saat 15 radələrində Göygöl şəhəri ərazisində yol qəzası baş verib.

Publika.az xəbər verir ki, müəyyən edilməmiş avtomobillə yolu keçən Üçtəpə kənd sakini 13 yaşlı S.Cəfərov vurulub. S.Cəfərova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Göygöl əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2121” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini A.Əliyev müəyyən edilərək saxlanılıb.

Загрузка...
Загрузка...