Görünməmiş hadisə: Paytaxtda şagird quduzluqdan öldü - Foto

Baxış sayı: 
56
2  
0  

 
Bakıda azyaşlı it dişləməsindən sonra dünyasını dəyişib.
 
Hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb.
 
4-cü sinif şagirdi Ömərov Polad ötən ay küçə iti tərəfindən dişlənib. Həmin vaxt uşaq yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və ona yardım göstərilib.
 
Qonşularının bildirdiyinə görə, uşaqda quduzluq əlaməti olduğu üçün o, ötən gün dünyasını dəyişib.
 
Qeyd edək ki, azyaşlı sözügedən massivdə yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəbin şagirdi olub./Trend/

Загрузка...
Загрузка...