Gənclər Səhiyyə Nazirliyində könüllü işləyə biləcəklər - Nazir əmr verdi

Baxış sayı: 
94
2  
0  
Gənclər səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb olunacaq.
 
 
Turaninfo.org Trend-ə istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev "Gənclərin səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb edilməsi barədə" əmr imzalayıb.
 
Əmrə əsasən, "Könüllü fəaliyyət haqqında" qanuna əsasən, Səhiyyə Nazirliyində gənclərin könüllü fəaliyyəti təşkil olunacaq.
 
Könüllü fəaliyyətə cəlb olunan gənclərlə sistemli işin təşkili məqsədilə könüllülərlə iş üzrə koordinatorlar təyin ediləcək. Eyni zamanda, könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb edilən şəxslərlə müqavilə bağlanılacaq.
 
Səhiyyə Nazirliyinin Aparatında, Bakı Şəhər Baş Səhiyyə İdarəsində və Azərbaycan Tibb Universitetində könüllü fəaliyyət üçün müəyyən edilən say həddi barədə təkliflər hazırlanacaq.
 
Загрузка...
Загрузка...