"Galatasaray"dan İLK QƏLƏBƏ: 5 qol və 5 qırmızı kart - VİDEO

Baxış sayı: 
28
0  
0  

Türkiyə Superliqasında 3-cü tura start verilib.
 
Publika.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
 
"Kasımpaşa" evində "Ankaragücü"nə minimal hesabla məğlub olub: 1-0.
 
"Kayserispor" - "Qalatasaray" qarşılaşması ilə bol qollu və gərgin keçib. Qarşılaşmada "Kayserispor"un 3, "Galatasaray"ın isə bir futbolçusu qırmızı kart görüb. Bundan başqa, "Galatasaray"ın baş məşqçisinin köməkçisi Ümid Davala əsas vaxta əlavə olunmuş 9-cu dəqiqədə qırmızı kartla cəzalandırılaraq tribunaya göndərilib.
 
Bu, İstanbul klubunun yeni mövsümdə ilk qələbəsi olub.
 
"Kayserispor" - "Qalatasaray" - 2:3
Qollar: Pedro, 37 (1:0), Belhanda, 66-pen (1:1), Babarl, 87 (1:2), Bulut, 90+1 (2:2), Adem Büyük, 90+8 (2:3)
Qırmızı vərəqələr: Abdennour, 65-ikinci sarı vərəqə, Pedro, 74-ikinci sarı vərəqə, Bulut, 90+4-ikinci sarı vərəqə (hamısı "Kayserispor"), Emre Mor, 89-ikinci sarı vərəqə ("Qalatasaray")
 
"Kasımpaşa"- "Ankaragücü" - 0:1
Qol: Parlak, 23

Загрузка...
Загрузка...