​Fəzail Ağamalı və Qənizadənin dairəsindən şikayətlər... – DSK

Baxış sayı: 
46
1  
0  

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında quruma daxil olan şikayətlər qiymətləndiriləcək.
 
Axar.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bir neçə dairənin adını çəkərək, onlar barədə ciddi şikayətlərin olduğunu və bunlara qiymət veriləcəyini bildirmişdi.
 
Rəsmi prosedura görə, seçkidən sonrakı 3 gün müddətində şikayətlər dairə seçki komissiyalarına göndərilməlidir. Maraqlıdır, MSK-nın ciddi müraciətlərlə bağlı araşdırma apardığı deyilən dairələrdə DSK-lara hansı müraciətlər daxil olub və neçə məntəqə ilə bağlı tədbir görülüb?
 
M.Pənahovun adını çəkdiyi dairələrdən biri - 60 saylı Salyan-Neftçala seçki dairəsinin sədri Fuad Muradov saytımıza bildirib ki, sədrlik etdiyi dairə ilə bağlı şikayət verilməyib:
 
“Bizə indiyə qədər seçki prosesi ilə bağlı hər hansısa şikayət daxil olmayıb. Mərkəzi Seçki Komissiyasına daxil olan şikayətlər barədə isə bir söz deyə bilmərəm”.
 
80 saylı İmişli-Beyləqan seçki dairəsinin sədri Rza Əzizov da onlara heç bir şikayət daxil olmadığını bildirib:
 
“Dünənə qədər dairəyə heç bir şikayət daxil olmayıb. Şikayətlər yalnız Mərkəzi Seçki Komissiyasına edilib”.
 
Qeyd edək ki, 60 saylı Neftçala-Salyan seçki dairəsinin qalibi Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, 80 saylı İmişli-Beyləqan seçki dairəsinin qalibi isə Çingiz Qənizadədir.

Загрузка...
Загрузка...