Fəxriyyə Xələfovadan vacib TÖVSİYƏ: “Heç bir dost-tanışın təklifi olmadan…”

Baxış sayı: 
41
2  
0  

"Sizə yaxınlarınızdan kimsə gəlib bu dəqiqə desə ki, “səni səyahətə dəvət edirəm!” – çoxunuz həyəcanlanar, kimlərsə zarafat olduğunu düşünüb ciddiyə almaz… Düşünün ki, dünyanı gəzmək, bütün ölkələri görmək istəyirsiniz və dünyanı kəşf edib onun gözəlliyini hiss etmək istəyirsiniz, dünyanın müxtəlif yerlərində yaşayan insanlarla tanışıb, müxtəlif adrenalin dolu anlar yaşamaq istəyirsiniz. Düşünrsünüz ki, çox şey istəyirsiniz? Amma əslində çox deyil".
 
Publika.az xəbər verir ki, bu sözləri azərbaycanlı rəssam-modelyer, parfümer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova instaqramda paylaşıb. Səyahətlə bağlı məsləhətlərini paylaşan modelyer dünyanı gəzmək istəyənlər üçün bu mövzuda vacib nüansları açıqlayıb:
 
"Dost tanışlardan dünyanı gəzmək təklifi gələcəyini gözləməyə də ehtiyac yoxdur. Dünyanı olduğunuz yerdən də kəşf edə bilərsiniz. Bütün dünyanı gəzmək imkanınız olmasa da, bütün dünyada danışan insanların dilində danışa bilərsiniz. Onlarla müxtəlif sosial şəbəkələrdə dünyanı virtual gəzib-dolaşa bilərsiniz. Avstraliyadan tutmuş Amerikaya kimi hər yerdən dost qazana bilərsiniz. Daha sonra özünüz təkbaşına heç bir dost-tanışın təklifi olmadan hər bir ölkəyə öz ölkəniz kimi gedə bilərsiniz. Həyatlarını yaşamaq istədiyiniz ölkənin insanları kimi yaşaya bilərsiniz və özünüzü onlardan biri zənn edərsiniz. Dünya sirlər aləmində olan sonsuz bir elmdir. Onu yalnız insan kəşf edə və öyrənə bilər. Bunu sən də edə bilərsən! Dünyanın hələ də açılmayan sirlərini araşdırıb onları axtarmaqla həyatını daha da rəngli edə bilərsən. Bunu üçün ilk öncə sən öz ana dilindən başqa ən azı iki xarici dil bilməlisən. Xarici dilləri öyrənmək və yüksək dil biliyinə malik olmaq dünyanı kəşf etməyə hazır olmaq anlamına gəlir".

Загрузка...
Загрузка...