​Fuad Poladovu ölümə yaxınlaşdıran doğma teatrdan gedişiydi

Baxış sayı: 
163
0  
0  

 
İstedadların qənimi olan “islahat” daha neçə can alacaq?
 
İstedadlı aktyorları, o cümlədən Fuad Poladovu “Azdrama”dan getməyə vadar etməklə onu ölümə sürükləyən, bu gün də "Aktrisa", "Vicdan haqqı" filmlərinin məşhur ifaçısı aktyor İlham Hüseynovun qəsdinə duran rəhbər nə istəyir?
 
“....Mən həmişə teatra bağlı və yaxın olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm...Teatr və incəsənət sahəsində çalışanlar çox fədakar insanlardır. Səhnədə onlara baxdıqda çox vaxt hər biri qayğısız, xoşbəxt insan kimi görünür, həmişə şəndirlər. Ancaq onların həyatının səhnə arxasında necə olmasını çoxları bilmir, mən bunları bilirəm. Ona görə də incəsənət adamlarını cəmiyyətdə çox yüksək tuturam...”- HEYDƏR ƏLİYEV
 
CƏNABLAR, MƏNLİK DEYİLSİNİZ!
 
"Qospada, vı ne moyi aktyorı"
 
“Əsas məsələ məmur özbaşınalığı ilə bağlı olacaq”- (Ölkə prezidenti cənab İlham Əliyevin seçkiqabağı çıxışından.)
 
“Alqış”! Səhnədən istedad...gedir!”
 
Sovet dönəmində “Azərbaycan gəncləri” qəzetinin səhifələrində “Alqış, səhnəyə istedad gəlir” adlı rubrika ilə Azərbaycan səhnəsində ürkək addımlarını atmağa başlayan gənc aktyor və aktrisalar barədə təhlil (və tənqid) və təbliğ xarakterli məqalələr dərc edilirdi.
 
Bir aktyorun yetişdirilməsi, peşəkar aktyor səviyyəsinə çatdırılması üçün uzun illərin, dövlət vəsaitinin və ağır zəhmətin tələb olunmasını xatırlatmağa, yəqin ki, ehtiyac yoxdur. Bəs “bir aktyoru səbəbsiz yerə səhnədən uzaqlaşdırmaq, ona “qapını göstərmək” nə kimi nəticələr verə bilər?
 
 
 
İndi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsinə dikilən nəzərlər “yarpaq tökümü” ilə qarşılaşır. Adətən bu ifadə dünyasını dəyişən yaşlı nəslin nümayəndələri barəsində işlədilir. Amma saytlardan əldə etdiyim məlumatlara əsasən, Akademik Milli Dram Teatrı rəhbərinin keçirdiyi “islahatlar” cavana-qocaya baxmadan” istedad adlı nəslin repressiyasını həyata keçirir(Buna başqa ad vermək olmaz).
 
Araşdırmalarımın nəticələri bunları deməyə imkan verir: “Komu na Rusi jit xoroşo” deyən N.A.Nekrasov sanki “Azdrama”nın direktorunun “sevimli”lərini nəzərdə tutubmuş. İstedadından asılı olmayaraq və həmin məqalənin müəllifinin tutduğu yolla “gedərək “sevimli”lərin adlarını çəkmək fikrindən daşındım.
 
Bəs, “Azdrama”nın itirdiyi aktyorlar kimlərdir və ümumiyyətlə, bütün bunlar niyə aidiyyati təşkilatlar tərəfindən sükutla müşahidə edilir?
 
Respublikanın xalq artisti Fuad Poladovun məlum gedişi də məhz yuxarıda sözügedən siyasətə etiraz idi. Hikmət Rəhimovun “obyektiv”səbəblərdən işdən azad edilməsi Azərbaycan səhnəsinin əvəzsiz sənətkarı Fuad Poladovun sükutlu qəzəbinə səbəb olsa da, o, gənc və istedadlı Hikmət Rəhimov barədə dediklərini təkrarlamadan “qapını çırpıb” - tamaşaçını öz Qacarına (o cümlədən yaratdığı başqa obrazlara) sözün əsl mənasında həsrət qoyaraq bu məbədi - Ana teatrı tərk etdi.
 
 
 
İstedadlı aktyor Hikmət Rəhimovu bir neçə dəfə kabinetinə dəvət edib, ona öz ərizəsi ilə işdən azad olunmasını tövsiyə edən A.Nemətov istədiyinə çatmadıqda bir müddətdən sonra Rəhimovun rejissor köməkçisi ilə dalaşmasını bəhanə gətirib onu işdən azad edir. Görəsən, Nemətov ondan ərizə tələb edəndə hardan bilirdi ki, bir müddətdən sonra Rəhimov Məmmədova əl qaldıracaq? Eyni “dəst-xətt” əməkdar artist İlham Hüseynovun azad olunmasında da görünür: “Ulduz falı”na baxmağa adət etmiş Nemətov 2017-ci ilin mart ayında İlham Hüseynovdan öz xahişi ilə işdən azad olunmasını tələb edəndə və bazardakı kimi alver edib, avqust ayı barədə “razılaşanda” da ulduzlar ona demişdi ki, 2018-ci ilin yanvar ayında İ.Hüseynov “proqul” edəcək.
 
Maraqlıdır, ulduzlar belə şeyləri bizə niyə demir? Burada "Bəxtiyar" filmi yada düşür: Ağabala demişkən, "Töhmət və ya şiddətli töhmət vermək olmazdımı?" Niyə Azərpaşa Nemətovun yeganə cəza üsulu aktyoru səhnədən uzaqlaşdırmaq olur?
 
Xatırladım ki, H.Rəhimovun yaradıcılığında öz gəncliyini görən, davamçısı hesab edən Fuad Poladov kimi “susa-susa yaradan” (Q.Flober) sənətkarlar haqsızlığa qarşı səssiz, lakin möhtəşəm gediş nümayiş etdirməyə qadir olurlar. Beləcə, cəsasızlığa “start verilir”. İtirənsə SƏNƏT və TAMAŞAÇI olur, təəssüf ...
 
Beləliklə, Azərbaycan səhnəsi-konkret desək, Akademik Milli Dram Teatrının səhnəsi tamaşaçı sevgisi-ən əsası, istedad amilini subyektiv səbəblərə görə qəbul etməyən məmurun şəxsi meydanına çevrilir.
 
Azərbaycan Respublikasının xalq artisti, Son 10 ilin kinoda ən yaxşı kişi rolunun ifaçısı”(R.İsaxın “Aktrisa” filmindəki V.Fətəliyev obrazına görə), Prezident təqaüdçüsü Fuad Poladov, Respublikanın əməkdar artisti, “Ən yaxşı kişi rolunun ifaçısı (Ukraynanın Dneprodzerjinsk şəhəri, 2011), İlham Hüseynov, hazırda Musiqili teatrın aktyoru Pərviz Məmmədrzayev, “Herastratı unudun” kimi mürəkkəb, “Qatil”(E.Əfəndiyev) kimi xüsusi səhnə plastikası tələb edən əsərlərdə obrazlar yaratmış Hikmət Rəhimov, adı çəkilən birinci tamaşada xüsusi səhnə plastikası nümayiş etdirmiş Ülvi Həsənli,“Vicdan haqqı”tele-serialında Fariz, “Müsyö İbrahim və Quran çiçəkləri”əsərinin tamaşasında yəhudi oğlan obrazlarını ustalıqla ifa edən, ikincidə xalq artisti Fuad Poladovla tərəf-müqabil olan Murad İsmayıl və hazırda Kukla Teatrında çalışan, “Şah Qacar” tamaşaçısında xalq artisti F.Poladovla tərəf-müqabil olan, qeyri-adi sifət cizgilərinə malik Adil Dəmirov adlı gənc aktyor...(Siyahı tam deyil).
 
1994-cü ildən Pərviz Məmmədrzayev Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən Pantomim teatr-studiyasında çalışır. Fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik olan Pərviz Məmmədrzayev bu müddət ərzində S.Mrojekin "Karol xofu", Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?", B.Xanızadənin "Nağaraçılar", "Bayraqdarlar", "Şərqə səyahət", S.Musabəyovun "Şəngül, Şüngül, Məngül", Ş.Əttarın "Uçuş", Üzeyir Hacıbəyovun "Dulusçu", Uilyam Şekspirin "Eşq" tamaşalarında uğurla çıxış edərək özünü peşəkar aktyor kimi təsdiq edib.
 
 
 
Pərviz Məmmədrzayev 1998-ci ildə dünya şöhrətli gürcü rejissoru Robert Sturuanın ustad siniflərində dərs alıb. Kollektivlə birgə dünyanın bir çox ölkələrində keçirilən müxtəlif festival və seminarlarda iştirak edib. Gürcüstanda keçirilən "Teatr+Video" festivalı, Rusiyada Azərbaycan Mədəniyyəti Günləri, Fransada Dədə Qorqud dastanın 1300 illik yubiley şənlikləri, Türkiyədə IV Ankara Teatr Festivalı, Bolqarıstanda "İfaçılıq sənətləri üzrə yay akademiyası" seminarları, Gürcüstanda "Qızıl Maska" Beynəlxalq Teatr Festivalı, İranda I Beynəlxalq Pantomima Festivalı, Almaniyada "VIII – Unidram" Festivalı, Türkiyədə VI Ankara Teatr Festivalı, İranda "Dostluq" Teatr Festivalı, Misirdə Eksperimental Teatr Festivalı və bir sıra başqa beynəlxalq tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil edib.
 
2010-cu ilin mart ayından müstəqil fəaliyyətə başlayaraq "Simsar" teatr-studiyasını yaradib. Teatr-studiya "Vaqa" adli ilk tamaşasını 2011-ci il yanvarın 27-də göstərib.
 
2013-2016-cı illərdə Akademik Milli Dram teatrının studiyasında ritm və plastika üzrə müəllim və eyni zamanda həmin teatrın aktyoru kimi çalışıb.
 
2017-ci ildən Azərbaycan Dövlət Muisiqili teatrında aktyor kimi fəaliyyət göstərir.
 
2017-ci il 8 yanvarda təsis olunmuş, yaradılmasının məqsədi müasir dünyamızda zorakılığın artması, insanın şəxsiyyətinin təhqir olunması, onun fiziki və mənəvi zorakılığa məruz qalması, insanlar arasında dini, cinsi ayrıseçkiliyin qoyulmasına qarşı etiraz, əsas ideyası humanizm, gender problemləri, insan hüquqları və hüquq bərabərliyi olan "Human” teatrı"nın həm təsisçisi və bədii rəhbəridir. Teatr Slavomir Mrojekin "Karol” tragikomediyası əsasında hazırlanan "Üçüncü" adlı ilk tamaşasını 2017-ci il martın 29-da göstərib.
 
(Ardı var)
 
Nəcibə İlkin
 
“Azad Qələm” qəzetinin baş redaktoru,
 
Prezident təqaüdçüsü.

Загрузка...
Загрузка...