Fətullah Gülənin yeni təlimatı ortaya çıxdı

Baxış sayı: 
28
1  
0  

Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra bütün evləri ifşa olan FETÖ-çular, yeni ünvan tapmaqda çətinlik çəkirlər. Təşkilata məxsus ev sayının kişilərdə 94%, qadınlarda 81% azaldığı bildirilir. Saxlanacaq yer tapa bilməyən təşkilatın indi də tələbələr üzərindən kirayə ev axtardıqları üzə çıxıb. Təşkilat üzvlərinə evlərdə 3-4 nəfər qalmaları üçün də göstəriş verilib.
 
Təşkilat daxilid danışıqlarda tələbə evlərilə bağlı alınan və alınması istənilən tədbirlər, təşkilatın tələbələr üzərindən təşkilatlanmağa çalışdığını da ortaya qoyur. Buna görə, diqqət çəkməmək üçün evlərin müxtəlif formatlarla rənqləndirilməsi, təşkilatı tənqid edən kitabların saxlanılması məsləhət görülür.

Загрузка...
Загрузка...