Fransız şirkəti Münbiçdə PKK-ya yardım edir

Baxış sayı: 
48
1  
0  

Fransız şirkəti Lafarge-nin, Münbiçdəki PKK/YPG-li terrorçulara kömək etdiyi müəyyənləşdirilib.
 
Afrin əməliyyatı öncəsi terrorçular Türk əsgərinə pusqular qurmaq üçün onlarca tunel qazdı. Xüsusi olaraq hazırlanan bu beton tunellər üçün Fransız sement şirkəti Lafarge-dən yardım aldı. Buna baxmayaraq, Türk əsgəri bu tunelləri yerlə bir edərək terrorçuların başına yıxdı.
Eyni planı Münbiçdə də həyata keçirməyə çalışılır. TSQ-nin ehtimal olunan bir əməliyyatına qarşı rayonda xəndək və tunellər qazmağa başlayan terrorçular, yenə Fransız şirkətindən dəstək alır. Lafarge NATO standartlarının üzərində edilən tunellər üçün terror təşkilatını sementlə təhciz edir. Fransız şirkətinin zavodu terror təşkilatının işğal altında saxladığı Eyn əl Ərəbdə (Kobani) yerləşir. Sement zavodunun yanında isə Amerika bazası var.
 
İŞİD-ə XƏRAC VERİRDİ
 
Sement nəhəngi Lafarge, PKK/YPG-dən əvvəl terror təşkilatı İŞİD-ə dəstək verirdi. Lafarge-nin Suriyadakı zavodunda istehsala davam etmək üçün təşkilata illərlə xərac verdiyi və terrorçulardan neft satın aldığı ortaya çıxmışdı. Şirkət haqqında Paris prokurorluğu tərəfindən Suriyada İŞİD da daxil, bir çox terrorçu təşkilatla maliyyə sövdələşməsi etdiyi üçün cinayət işi açılmışdı. Lafarge, ayrıca insanlığa qarşı törədilən cinayətlərə ortaq olması ilə bağlı ittiham olunmuşdu.
 
PKK/YPG-yə 300 TIRLIK SİLAH
 
ABŞ rəhbərliyi İŞİD-la mübarizə bəhanəsi ilə terror təşkilatı PKK/YPG-yə silah nəqlinə davam edir. Bölgədəki koalisiya qüvvələri tərəfindən PKK/YPG-nin örtük təşkilatı Suriya Demokratik Qüvvələrinə (SDG) dünən gecə 300 TIR-lıq silah yardımı edilib. İraqın şimalındakı Simelka Sərhəd Məntəqəsindən Suriyaya keçən TIR-larırn üzərində zirehli maşınlarla iş texnikalarının olduğu görülüb. Zirehli maşınların bir hissəsinin sözdə Münbiç hərbi məclisinə veriləcəyi bildirilib.

Загрузка...
Загрузка...