Fransa faşistlərinin lideri erməni terrorçular tərəfdə vuruşmaq üçün Qarabağa gəlir - FOTO

Baxış sayı: 
111
4  
0  

Fransanın radikal sağçı “Zouaves Paris” (ZVP) qruplaşmasının lideri Mark de Kakkere-Valmenir “Instagram” hesabında Dağlıq Qarabağdakı ermənilərlə birlikdə Azərbaycana qarşı vuruşmağa yollandığını açıqlayıb.

Bu barədə “Caucase de France” “Liberasyen” nəşrinə istinadən məlumat yayıb.

Mark de Kakkere həmçinin hərbi formada əlində “Kalaşnikov” avtomatı ilə fotosunu da paylaşıb.

 

Onun formasında Ermənistanda bayrağı və bəzi SS birləşmələri tərəfindən istifadə olunan kəllə simvolu yer alıb. O, fotosunu “İstiqamət: cəbhə” başlığı ilə təqdim edib. O, həmçinin “yerli hakimiyyət”lə əməkdaşlıq etməklə “xarici könüllülər briqadası” formalaşdırmaq arzusunu qeyd edib.

Mark de Kakkere-Valmenir özünü birbaşa olaraq faşist adlandırır. Ancaq Paris şəhərində zorakılığın əsas təxribatçısı olan öz sağ ekstremistlər qruplaşmasına “Zouaves Paris” adını verib. O, həmçinin bildirib ki, bu kiçik qruplaşma küçələri qorxu içində saxlamaq üçün yaradılıb.

Paris “zuav”ları özlərini aid etdikləri GUD (Fransa ifrat sağçı tələbə ittifaqı) ənənələrinə uyğun olaraq yumruqlarıyla siyasətlə məşğul olurlar. Bu ultrasağçı “zuav”lar Paris küçələrində qarşıdurmalarda və irqçi toqquşmalarda iştirak edirlər. Onlar həmçinin “sarı jiletlilər”in iğtişaşlarında da iştirak ediblər.

 

Загрузка...
Загрузка...